Xəbərlər

"Azərbaycan vergi sisteminə giriş və sistemin ümumi icmalı" təlimi

1-3 noyabr 2023

Proqram Azərbaycan vergi sisteminin bütün əsas aspektlərini ətraflı şəkildə əhatə edir.

Təlimin yekununda öyrənəcəksiniz:

  • Azərbaycan vergi sisteminin əsas anlayışları
  • Mənfəət vergisi
  • Əlavə dəyər vergisi
  • Əmlak vergisi
  • Ödəmə mənbəyində gəlir
  • Sadələşdirilmiş vergi
  • Şəxsi gəlir vergisi
  • Beynəlxalq vergi aspektləri

 

Təlim aşağıdakı mövzuları əhatə edir:

  • Azərbaycan vergi sisteminə giriş – ümumi anlayışlar, vergi yoxlamaları, riskli vergi ödəyiciləri, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və öhdəlikləri, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər məsələlər
  • Bütün əsas nəzəri və praktiki məsələləri əhatə etməklə mənfəət vergisi üzrə öhdəlik – öhdəliyin hesablanması və hesabatların verilməsi (gəlir və xərclərin tanınması, mənfəət vergisindən azadolmalar, amortizasiya və təmir xərcləri, zərərin gələcək dövrə keçirilməsi, bazar qiyməti), praktiki məsələlər və vergi optimizasiyası üzrə imkanlar;
  • Əlavə dəyər vergisi konsepsiyasının izahı və ƏDV üzrə öhdəliyin dəqiq qiymətləndirilməsi üçün əsas məsələlərin müzakirəsi;
  • Əmlakın vergiyə cəlb edilməsi, vergitutma bazasının müəyyən edilməsi, azadolmaların tətbiqi və əmlak vergisi üzrə qanunvericiliyinin tələblərinə riayət; 
  • Azərbaycan mənbəyindən gəlir konsepsiyası və ödəmə mənbəyindən tutulan verginin tətbiqi;  
  • Sadələşdirilmiş vergi və digər (aksiz vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi) vergilərin ətraflı müzakirəsi;
  • Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqların hesablanması və bəyan edilməsi; 
  • Beynəlxalq vergi aspektləri, habelə Transfer Qiyməti üzrə Qaydalar və İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin müddəaları.

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlim 1-3 noyabr 2023-ci il tarixlərində saat 14:00-dan 18:00-dək keçiriləcəkdir.

Ünvan

Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.

Təlimin qiyməti

İştirak haqqı 800 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün sorğunuzu academy@deloitte.az ünvanına göndərin.

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?