Power Plug

Xidmətlər

Deloitte Analitika

Enerji və Təbii Ehtiyatlar

Deloitte-in Analitika qrupu mürəkkəb enerji şəbəkəsinin tərkib hissəsini təşkil edən ehtiyatlar, istehsalçılar, bazarlar və satış kanalları barədə məlumatlıdırlar.

Enerji şirkətləri tələblərin artması, qanunvericilikdə dəyişikliklər, beynəlxalq ticarətdə və siyasi qeyri-sabitlik kimi spesifik qlobal problemlərlə üzləşirlər. Lakin enerji hələ biznes demək deyildir. Təhlükəsiz, etibarlı, səmərəli və mümkün enerji əldə etmək müasir həyatın və ticarətin əsasını təşkil edir. Enerji ehtiyatlarının düzgün idarə edilməməsi nəticəsində enerjinin təchizatının kəsilməsi, çatışmaması və azalması enerji prosesinin əvvəldən sona kimi effektiv, səmərəli idarə edilməsinə ehtiyac olduğunu göstərir.

Deloitte-in Analitik xidmətlər komandası enerji sahəsində mükəmməl biliklərə malikdir. Enerji və Təbii Ehtiyatlar üzrə Analitika qrupları sektor üzrə əsas analitik həllərin hazırlanmasında və təqdim edilməsində dərin sənaye biliklərinə əsaslanır, eləcə də şirkətin mütəxəssislərinin ideyalarından və təcrübəsindən yararlanır. Enerji mütəxəssisləri dünyanın ən dəyərli məhsullarından birinin – təhlükəsiz etibarlı enerjinin effektiv idarə edilməsində sizə yardımçı olan kompleks modelləşdirmə texnikalarının tətbiqi qaydalarını da bilirlər.