Təfərrüatlar
Kiber risklərlə mübarizədə kompleks yanaşma
Neft və qaz sənayesində əməliyyatların təhlükəsizliyi
Mühüm infrastrukturlarda əməliyyatların təhlükəsizliyi və etibarlı olması sənaye nəzarət sistemləri ilə təmin edilir. Fəaliyyət proseslərinin təhlükəsiz, diqqətlə və rahat şəkildə icrası mühüm məsələdir və ikili mədəniyyətin, mühəndisliyin və İT-nin bir-birilə uyğunlaşdırılmasını neft-qaz sənayesi şirkətlərindən tələb edir.
Kiber risklərlə mübarizədə kompleks yanaşma: Neft və qaz sənayesində əməliyyatların təhlükəsizliyi
Neft-qaz sənayesi robot texnikasının, rəqəmsallaşdırmanın və Əşyaların İnternetinin fəaliyyət mühitinə tətbiqi ilə rəqəmsal inkişafın növbəti səviyyəsinə doğru irəliləyir. Bu isə öz növbəsində fəaliyyət nəticələrinin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması üçün yeni imkanların yaranmasına səbəb olmuşdur. Bununla belə, əməliyyat və biznes sistemlərinin kombinasiyası şirkət üçün bir sıra kiber risklər yaratmışdır.
Bu hesabatda geniş sənaye təcrübəmizdən əldə etdiyimiz məlumatlar, o cümlədən sənaye nəzarət sistemlərinin təhlükəsizliyini təmin etməkdə neft-qaz sənayesi şirkətlərinə dəstək zamanı qazandığımız təcrübə paylaşılır. Hesabatda, həmçinin, kiber təhlükələrin neft-qaz sənayesinin dəyər zəncirinə necə təsir göstərdiyi araşdırılır.