Energy market reform

Təhlil

Avropanın enerji bazarında islahat

2020-ci və növbəti illər üçün nailiyyətlər və problemlər

20 ildən artıqdır ki, Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki beynəlxalq fəaliyyətin önündə durur. Avropa İttifaqı, 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasını 80% azaltmağı hədəfə almaqla, geniş miqyaslı enerji və iqlim siyasətləri hazırlamışdır.

2020-ci il üçün aralıq mərhələ olaraq, Aİ “2020-ci ilədək 20-20-20 hədəf” paketi və ya “3x20” siyasəti üzrə vəzifələr müəyyən etmişdir. Bu siyasətdə 2020-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 1990-cı illə müqayisədə 20% azaldılması, bərpa olunan mənbələrdən alınan enerjinin son istehlak payının 20%-ə qədər qaldırılması və enerji effektivliyinin artırılması üzrə öhdəliklər yer almışdır. “3x20” siyasəti Avropanın enerjinin davamlılığının, rəqabət qabiliyyətinin və qiymət münasibliyinin təmin edilməsinə, eləcə də enerji təchizatının təhlükəsizliyinə yönəlmiş müvafiq strategiyasının bir hissəsidir.

Siyasət üzrə görülən tədbirlər enerji bazarlarında və sənayesində bir sıra gözlənilməyən və ya nəzərdə tutulmayan hallara, məsələn, şəbəkə operatorlarının işində fasilələr yaradan enerji mənbələrinin çoxluğu, topdansatış enerji bazarında qiymətlərin aşağı düşməsi ilə nəticələnən enerji artıqlığı, pərakəndə satış səviyyəsində elektrik enerjisi qiymətlərinin artması, enerji istehsalı üçün yanacaqlardan qazın ayrılması və elektrik enerjisi üzrə qiymətdə üstün olan kömürün peyda olması kimi vəziyyətlərə səbəb olduğu üçün Aİ-nin enerji və iqlim paketi son bir neçə ildə tənqidlərə məruz qalmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, Aİ-nin siyasəti ümumilikdə Aİ ölkələrindəki mövcud enerji disbalansını aradan qaldıra bilməmişdir. Qəribədir ki, böyük siyasətin müəyyən etdiyi hədəflərə nail olmağa yönəlmiş iri həcmli investisiya illərindən sonra hələ də bir çox məqsədlər həyata keçməmişdir. Əslində bəzi məqsədlər, iqtisadi böhran nəticəsində onların reallaşması üçün yaranmış asan şəraitə baxmayaraq, həyata keçməyə də bilər.

Avropanın enerji bazarında islahat

Bu araşdırmanın məqsədi aşağıdakılardır:

• İstixana effekti yaradan qazların emissiyası, bərpa olunan enerji mənbələri və enerji effektivliyi ilə bağlı 3x20 siyasətinin müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsində Aİ-nin və bir neçə seçilmiş üzv dövlətin hazırkı nailiyyətlərini qiymətləndirmək;

• Daha təhlükəsiz, davamlı, rəqabət qabiliyyətli və nəticədə təmiz enerji bazarının əldə olunması baxımından Aİ siyasətlərinin gözləntiləri doğrultmamasının səbəblərini təhlil etmək;

• Enerji təchizatının qiymət münasibliyi, davamlılığı və təhlükəsizliyi ilə bağlı Aİ-nin məqsədləri nöqteyi-nəzərindən 2020-ci ildən sonrakı mərhələlər üzrə (2030 və 2050) vəzifələrin yerinə yetirilməsi istiqamətində əsas problemləri müəyyən etmək.

Araşdırma Avropa səviyyəsində qlobal təhlilə, eləcə də yeddi ölkə (Belçika, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və Birləşmiş Krallıq) üzrə hərtərəfli təhlillərə əsaslanır. Bu təhlillər müvafiq ölkələrin profilində (aşağıda) göstərilmişdir və bu profillərdə 3x20 siyasəti üzrə vəzifələrin həyata keçirilməsində hər bir ölkənin mövqeyinə, tətbiq olunmuş siyasətlərə və həll edilməmiş məsələlərə dair Deloitte-in üzv şirkətlərinin fikirləri təqdim olunur.



Ölkələr üzrə hesabatları nəzərdən keçirin və ya yükləyin:
Belçika
Fransa
Almaniya
İtaliya
Niderland
İspaniya
Birləşmiş Krallıq
Did you find this useful?