Təfərrüatlar

Neft və Qaz Sahəsində Kadr İdarəçiliyi

Analitik Əsas

İnsan resurslarının ehtiyaclarının effektiv idarə edilməsi ilə bağlı analitikanın qəbulu

Neft və qaz şirkətləri Yerin geologiyasının kəşfiyyatını aparmaq və yer səthindən minlərlə fut dərinlikdə enerji ehtiyatları tapmaq üçün kompleks məlumatlara əsaslanmışlar. Mümkün satınalmalar, kapital xərcləri və digər investisiyaların təhlilində rəqəmlərdən istifadə etmişlər. Lakin işçi qüvvəsinin idarə edilməsinə gəldikdə, neft və qaz şirkətləri hələ də müəssisədə effektiv tətbiq edilən müvafiq ciddi siyasətə malik deyillər.

Texnoloji innovasiya və qlobalizasiyanın sənayenin inkişafında yeni mərhələyə qədəm qoyduğu bir zamanda insan resurslarının əhəmiyyətli bir hissəsi təqaüd yaşına çatmışdır və təhsil müəssisələrindən cəlb edilən resursların kifayət qədər sayda olmadığını nəzərə alaraq, kadr problem ilə mübarizə yeni resursların tapılması qədər mühüm ola bilər.

Neft və qaz sahəsində aparıcı insan resursları (İR) şirkətləri bacarıqlı kadrların müəyyən edilməsinə, işə qəbuluna, saxlanmasına və inkişaf etdirilməsinə imkan yaratmaq üçün məlumat analitikasından faydalanırlar. Belə aparıcı müəssisələr, daxili məlumatları işçi qüvvəsinə dair xarici statistika və məlumatlarla kombinasiya edərək qeyri-sabit əməliyyat mühitindən irəli gələn dəyişiklikləri effektiv idarə etmək mövqeyindədirlər.

Neft və Qaz Sahəsində Kadr İdarəçiliyi
Did you find this useful?