Təfərrüatlar
Neft və Qaz: Real Faktlar 2014
Neft və qaz sektorunun üzləşdiyi əsas məsələlər
Deloitte-in Qlobal Enerji və Təbii Ehtiyatlar qrupu məmnuniyyətlə qlobal miqyasda neft və qaz sektoruna təsir göstərən beş əsas məsələləri diqqətə çatdıran və bu tendensiyaları yönəldən istiqamət barədə fikrimizi əks etdirən 2014-cü il üzrə hesabatı təqdim edir.
Enerji bazarı qlobal geosiyasi mənzərəni dəyişir
Neft və Qaz: Real Faktlar 2014 neft və qaz sektoruna təsir göstərən beş əsas mövzuya dair ümumi fikirləri əks etdirir, eləcə də sənaye iştirakçılarına və resurslara sahib tərəflərə aid ola biləcək problemlərin icmalını təqdim edir. Oxucular bəzi mövzuların bu hesabatın 2013-cü il buraxılışındakı mövzularla eyni olduğunu müəyyən etsələr də, növbəti ildə sənaye göstəriciləri dəyişdiyi üçün bu ilin mövzuları ilə əlaqədar nəticələr və ehtimallar da fərqlidir. Bu göstəricilərə makroiqtisadi şərtlər, tələb-təklif balansı, qanunvericiliyin konstruktiv elementləri, xərclərin komponentləri, malların qiyməti, rəqabətli davranış və geosiyasətin təsirləri və diplomatik alət kimi enerjidən müvafiq məqsədlə istifadə aiddir.
Hesabatda əhatə edilmiş məsələlərə aşağıdakılar aiddir:
• Qlobal enerji – Şimali Amerika inqilabı
• Enerji təchizatı – Yeni mənbələr, yeni geosiyasət
• Enerji strukturu – Beynəlxalq rejimdə dəyişiklik
• Enerji istehsalı – İrimiqyaslı neft və qaz layihələri bu tip layihələrin idarə edilməsi üçün yeni strategiyalar tələb edir
• Enerji millətçiliyi – Xəsislik, qorxu və qürurdan irəli gəlir
Neft və Qaz: Real Faktlar 2013
Bu hesabatda hər bir tendensiya – təchizat, tələb, makroiqtisadi, qanunvericilik, xərc, qiymət və rəqabətli davranış faktorları üzrə sənaye göstəriciləri araşdırılır ki, bu da bizdə müəyyən fikirlərin yaranmasına və qısa və uzun müddət ərzində üzə çıxa biləcək məsələlər barədə təsəvvürə malik olmağa imkan verir.
• Şist qazı – qlobal yoxsa regional ehtiyat?
• Mayeləşdirilmiş təbii qazın (LNG) qiyməti – neftin indeksləşdirilməsi başa çatır?
• Resurs millətçiliyi – suların çəkilmə dövrünün sonudur?
• NOC – meydanın ələ alınması
• Bazar mürəkkəbliyinin idarə edilməsi