Təfərrüatlar

Ticarətə investisiyaların artması

Enerji və əmtəə treyderlərinin üzləşdikləri müəyyən cari məsələlər

Enerji və əmtəə treydinqi sektorunda innovasiyaya təkan verən bir sıra xüsusi məsələlər və tendensiyalar vardır.

Son illər ərzində fiziki enerji və əmtəə ticarətində yeni inkişaf və miqyas müşahidə olunur. Qlobal iqtisadi şəraitin dəyişməsi yeni imkanlara yol açır, lakin eyni zamanda təhlükələr yaradır. Neft, metal və ya bitki mənşəli xammal müəssisələri olmasından asılı olmayaraq, beynəlxalq ticarət şirkətləri öz fəaliyyət yerlərini və sahələrini genişləndirməkdə, eyni zamanda təchizat kanalına nəzarəti artırmaqdadırlar. Qanunvericilik tələblərinin daha da ciddiləşdirilmə ehtimalı, maliyyələşdirmə ilə bağlı məhdudiyyətlər, yaranmaqda olan resurs millətçiliyi və gərgin rəqabət heç zaman olmadığı qədər dinamikanı və adaptasiya qabiliyyətini stimullaşdırır.

Ticarətə investisiyaların artması - Enerji və əmtəə treyderlərinin üzləşdikləri müəyyən cari məsələlər

Müzakirə edilən məsələlər:

  • aktivlər vasitəsilə daha artıq seçim imkanları;
  • yaradıcı maliyyələşdirmə mənbələri;
  • mövcud risk və qanunvericilik məsələləri;
  • informasiya strateji aktiv kimi; və
  • yerlər və işçilər.
Did you find this useful?