Deloitte MarketPoint

Həllər

Deloitte MarketPoint

Deloitte MarketPoint Deloitte-in Enerji Həlləri Mərkəzinin tərkibinə daxil olan, əsaslı bazar araşdırmasına və qiymət proqnozlarına yönəlməklə qərar qəbuluna dəstək üçün həllər təqdim edən şirkətdir.

Təqdim etdiyimiz həllər proqram təminatlarından, modellərdən, bazar məlumatlarından və konsaltinq xidmətlərindən ibarətdir.

Deloitte MarketPoint müştərilərin daha çox məlumatlar əsasında strateji qərarlar qəbul etməsinə imkan yaradan həllər təqdim edir. Hər bir həllin başlıca komponenti proqram təminatımız və modelləşdirmə konsepsiyamızdır. Proqram təminatından əlavə Deloitte MarketPoint-in xidmətləri olan digər əsas komponent isə müştərilərimizə daha düzgün qərar qəbulunda əsaslı təhlildən istifadə etməyə yardımçı olur. Xidmətlərimizin əsas məqsədi müştərilərin tələblərini başa düşmək, onların proqram həllərimizdən daha çox faydalanmalarını və təkmilləşdirilmiş qərar qəbulu imkanları üçün resursları artırmalarını təmin etməkdir.

Xidmətlərimiz haqqında daha ətraflı məlumat üçün Deloitte MarketPoint-in vebsaytına daxil ola bilərsiniz.