Xidmətlər

Korporativ Maliyyə Əməliyyatları

Biz xüsusi sövdələşmələr və əlaqəli xidmətlər, eləcə də ətraflı yoxlamalar aparmaqla həm korporativ, həm də şəxsi kapitalda payı olan müştərilərimizə əməliyyatdan maksimum faydalanmağa köməklik edirik. Məqsədimiz müştərilərimizə rəqabət üstünlüyü əldə etməyə yardımçı olan əlavə xidmətlər göstərməklə sadəcə maliyyə yoxlaması deyil, daha geniş həcmli əməliyyatı təmin etməkdən ibarətdir.

Müştərilərimiz bütün əməliyyatlar üzrə rahat və sərbəst xidmətlər əldə etmək üçün Deloitte şəbəkəsinin sənaye və xidmət üzrə ekspertlərinin müvafiq təcrübəsindən faydalanırlar.

Heyətimiz yerli və beynəlxalq korporativ və şəxsi kapitalda payı olan müştərilərimizə xüsusi yoxlamalar və əlaqəli birləşmə və qoşulma əməliyyatları təqdim edir. Qoşulma ilə bağlı yoxlamalar gələcək alıcını hədəf barədə obyektiv məlumat ilə təmin edir və gözlənilən əməliyyatla bağlı riskləri qiymətləndirir. Beləliklə də, təhlilimizin nəticələri alıcıya hədəflə müzakirələr zamanı və təklif olunan alış qiymətinə düzəliş edərkən yardımçı ola bilər.

Əməliyyatın yaranmasından və təhlilindən başlayaraq hərtərəfli maliyyə yoxlamasına qədər kommersiya yönümlü dəstəyimiz zamanı biz satınalma və ya kreditvermə əməliyyatları ilə bağlı yüksək səviyyəli təhlil aparmaq məqsədilə kommersiya, əməliyyat və İT yoxlamaları üzrə ixtisaslaşmış və inteqrasiya olunmuş heyətləri bir araya gətiririk.

Qoşulmalarla bağlı yoxlamalar 

Biz tender iştirakçılarına yüksək keyfiyyətli, müstəqil və xüsusi maliyyə yoxlaması hesabatını təqdim edirik. Bu bütün iştirakçıların əminliklə təklif verməsi üçün lazımi məlumata malik olmalarını təmin edir. Təchizatçılar tərəfindən təklif olunan yoxlamalar şirkətin dəyərini artırır, dağılmaları azaldır və daha sonra satış prosesində gözlənilməz sürprizlərin yaranması riskini minimuma endirir.

Təchizatçıların yoxlanması

Mürəkkəb və qeyri-sabit bazarlarda rəhbərlik öz strateji imkanlarını mütləq nəzərdən keçirməyə çalışır və burada nəzərdən keçirilməli nəticələrdən biri likvidasiya ola bilər. Qərar qəbul edildikdən sonra, nəticənin optimallaşdırılması çətin olmaqla yanaşı çox vaxt apara bilər.

Təchizatçıya dəstək çərçivəsində bir sıra əlaqəli xidmətlər təklif olunur. Biz likvidasiya prosesindəki məsələləri müəyyən etmək və həll etmək üçün sizin heyətlə sıx əməkdaşlıq edirik eləcə də xüsusilə sizin tələblərə uyğunlaşdırılmış bir qrup xidmətlər təklif edirik.
 

Təchizatçılara dəstək  

Əgər siz biznesinizi satırsınızsa və təxmin edilən qiymətə rahat ayrılmanı təmin etmək istəyirsinizsə və yaxud şirkəti alarkən hədəfin maliyyə durumu gözlənildiyi kimi olmadığından onun bərpasını istəyirsinizsə, Satış və Alış Müqaviləsinin maliyyə şərtləri burada mühüm rola malikdir.

Biz, satınalma qiymətinə düzəliş mexanizmini təklif etməklə və ya nəzərdən keçirməklə, “bağlı qutu” prosesi ilə məşğul olmaqla, ödənişsiz nağd vəsaitlərin və borcların, hədəf xalis aktivlərin qiymətləndirilməsi və ya əlavə mükafatlandırma məsələləri, hədəf dövriyyə kapitalının səviyyəsini müəyyən etmək istiqamətində məsləhət verməklə, müqaviləyə daxil etmək üçün maliyyə anlayışlarını nəzərdən keçirməklə, mühasibat uçotu qaydalarını, iyerarxiyalarını və ya prosedurlarını təhlil etməklə və layihəsini hazırlamaqla bağlı köməklik göstərə bilərik.

Satış və alış müqavilələrinə dair məsləhət

Əməliyyat tamamladıqdan sonra ötürülən hesabların təhlilini apara və satınalma qiymətinə düzəlişlərin hesablanmasına köməklik edə bilərik.

Bundan başqa, əməliyyatın ilkin mərhələlərində iştirak etməklə, biz müştərilərimizə əməliyyat sonrası məsləhətlər, o cümlədən, birləşmə sonrası inteqrasiya, keçid xidmətlərinə dair müqavilələr və sair barədə məsləhətlər veririk. 



Əməliyyatın sonrakı mərhələlərində və əməliyyat sonrası məsləhət 

Biz borcalanların likvidlik vəziyyətini və pul daxilolmaları proqnozlarını nəzərdən keçirmək, ticarət fəaliyyəti, dövriyyə kapitalı, restrukturizasiya xərcləri və ehtiyat ödənişlər kimi pul daxilolmaları mexanizmini başa düşmək və təhlil etmək üçün maliyyəçi maraqlı tərəflərlə birgə işləyirik.

Biz kreditorlara kredit imkanlarını müəyyən edən və kreditlərlə bağlı qərarları əks etdirən müvafiq biznes planın formalaşdırılmasına köməklik göstərə bilərik. Digər göstəricilər arasında biz ay ərzində ən yüksək tələbləri, zəif sahələri və potensial artımı təhlil edirik və yüksək səviyyəli “stress testlər”, habelə borcalanların biznes planlarının ətraflı təhlilini aparırıq.

Biz kreditorlara öz seçimlərini etmək üçün vaxt verməklə onları borcalanların likvidlik mövqeyinə dair müstəqil baxışlarla və normal fəaliyyət üçün qısamüddətli imkanlarla təmin edəcəyik.

Restrukturizasiya Xidmətləri – Biznes və Likvidlik Təhlilləri