Deloitte şirkəti Azərbaycan Beynəlxalq Sığorta Forumuna sponsorluq edəcək  

2-3 iyul 2015

Press-reliz 17 iyun 2015

Deloitte böyük məmnunluq hissi ilə 2-3 iyul 2015-ci il tarixlərində Bakı, Fairmont Hoteldə keçiriləcək AİİF 2015 (Azərbaycan Beynəlxalq Sığorta Forumu) tədbirinin sponsoru olduğunu elan edir. Sayca altıncı olan bu Forum Qafqaz Regionunda ən mühüm tədbir kimi sığorta və təkrarsığorta bazarına həsr olunacaq və mövcud bazar şəraitində ən münasib həllərin müəyyən edilməsinə, eləcə də bazar iştirakçıları arasında biznes əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmişdir.
Forumun interaktiv formatda keçirilməsi ilə bərabər, iştirakçılar arasında plenar iclaslar, birgə müzakirələr, ikitərəfli görüşlər və seminarlar təşkil olunacaq ki, bu da hər bir kəsin müzakirələrdə, o cümlədən sığorta/təkrarsığorta bazarında nailiyyətlərin əldə edilməsi üçün ən effektiv yolların müəyyənləşdirilməsində yaxından iştirakına imkan yaradacaq.
Forumda 25 ölkədən 250-dən artıq nümayəndə olmaqla, Qafqaz Regionunun, Orta Asiyanın, Avropanın, Türkiyənin, Rusiyanın və MDB-nin milli sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak edəcək. Xarici iştirakçılar Qafqaz ölkələrinin sığorta sahəsindəki imkanları ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər. Deloitte Azərbaycan və Deloitte MDB nümayəndələri şirkəti sessiya və birgə müzakirələrdə təmsil edəcək.
Deloitte-in birgə sponsorluğu ilə keçiriləcək Forum Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Media XPRIMM şirkəti tərəfindən təşkil olunacaq.

Deloitte haqqında
Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər. Deloitte Touche Tohmatsu Limited və ona üzv şirkətlərin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.
Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət və özəl şirkətlərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti sahələrində xidmətlər göstərir. Deloitte dünyanın 150 ölkəsində müxtəlif sənaye sahələrində çalışan müştərilərə xidmətlər göstərərkən bu sahələr üzrə biliklərini və dərin yerli təcrübəsini paylaşan üzv şirkətlərdən ibarət beynəlxalq şirkətlər qrupudur. Dünya üzrə Deloitte-in 210,000-dən artıq mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.
 
Did you find this useful?