Perspektivlər

Maliyyə xidmətlərində uğurlu inkişafın elementləri

İmkanlar üzrə nizamlanmış

Coşğun və sabit dövrdə maliyyə xidmətləri sahəsində çalışan şirkətlər inkişaf istiqamətində dəyişməyə başlayır.

İnkişaf etmək üçün şirkətlər 4 elementin düzgün balansını tapmalıdırlar: uyğunlaşma, idarəetmə, nəzarət və inkişaf üçün resursların təmin edilməsi.

Qlobal maliyyə xidmətləri sahəsində çalışan 200 şirkətin rəhbərləri ilə aparılan bu araşdırma göstərir ki, çətin dövrdən sonra maliyyə sahəsində çalışan şirkətlər inkişaf etmə istiqamətində dəyişməyə başlayırlar. Şirkətlər inkişaf əldə etmək üçün 4 elementin düzgün balansını tapmalıdırlar: uyğunlaşma, idarəetmə, nəzarət və resursların təmin edilməsi.

Banklar, qiymətli kağızlarla əməliyyat aparan şirkətlər, sığorta şirkətləri və qlobal investisiya idarəçiləri öz bizneslərini iqtisadi böhranın sarsıdıcı dalğalarından qorumaq üçün son bir neçə illər ərzində çox vaxt sərf etmişlər.

Bu şirkətlərin əksəriyyəti həmin dövrdə inkişaf və genişlənmə ilə bağlı planları təxirə salır və daha əlverişli biznes şəraiti yaranana qədər bazardakı paylarını saxlamağa üstünlük verirlər. Əksər maliyyə xidmətləri şirkəti üçün həmin vaxt indiki dövrdür.

Deloitte Touche Tohmatsu Limited şirkətinin bu sonuncu illik araşdırma hesabatında Qlobal Maliyyə Xidmətləri Qrupunun uğurlu inkişafına dəstək olan 4 element təhlil edilir:

•İnkişafa uyğun olma

•İnkişaf üçün idarəetmə

 

•İnkişaf üçün nəzarət 

•İnkişaf üçün kadrların təmin edilməsi 

2013-cü ilin birinci rübündə 6 qitədə 200-ə yaxın baş direktorlarla aparılan telefon müsahibələri vasitəsilə biz bir sıra mühüm məsələlər müəyyən olundu:

•Maliyyə Xidməti sahəsində çalışan şirkətlər öz məhsul və bazarlarını genişləndirmək üçün Avropa, Afrika, Asiya, Avstraliya, Şimali və Cənubi Amerikada hansı addımlar atır?

 

•Onlar nə qədər rəqabətlə üzləşirlər?

•İnfrastruktur, məlumatın təhlili və ixtisaslaşmış kadrlarla bağlı hansı məsələlərlə üzləşirlər. 

 

Məhsullar və bazarlarla bağlı strateji konsepsiyaya dair bu və digər sualları nəzərə alaraq hesab edirik ki, qlobal maliyyə xidmətləri şirkəti daha çox müştəri və layihələr qazanma yarışmasında yaxşı mövqe tutmuşlar. 

 

Did you find this useful?