Tədbirlər

Azərbaycan Beynəlxalq Sığorta Forumu

2-3 iyul, 2015  Bakı

Deloitte Forumun rəsmi sponsorlarından biridir.

Deloitte şirkəti Azərbaycan Beynəlxalq Sığorta Forumuna sponsorluq edəcək

Deloitte böyük məmnunluq hissi ilə 2-3 iyul 2015-ci il tarixlərində Bakı, Fairmont Hoteldə keçiriləcək AİİF 2015 (Azərbaycan Beynəlxalq Sığorta Forumu) tədbirinin sponsoru olduğunu elan edir. Sayca altıncı olan bu Forum Qafqaz Regionunda ən mühüm tədbir kimi sığorta və təkrarsığorta bazarına həsr olunacaq və mövcud bazar şəraitində ən münasib həllərin müəyyən edilməsinə, eləcə də bazar iştirakçıları arasında biznes əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmişdir.
Forumun interaktiv formatda keçirilməsi ilə bərabər, iştirakçılar arasında plenar iclaslar, birgə müzakirələr, ikitərəfli görüşlər və seminarlar təşkil olunacaq ki, bu da hər bir kəsin müzakirələrdə, o cümlədən sığorta/təkrarsığorta bazarında nailiyyətlərin əldə edilməsi üçün ən effektiv yolların müəyyənləşdirilməsində yaxından iştirakına imkan yaradacaq.
Forumda 25 ölkədən 250-dən artıq nümayəndə olmaqla, Qafqaz regionunun, Orta Asiyanın, Avropanın, Türkiyənin, Rusiyanın və MDB-nin milli sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak edəcək. Xarici iştirakçılar Qafqaz ölkələrinin sığorta sahəsindəki imkanları ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər. Deloitte Azərbaycan və Deloitte MDB nümayəndələri şirkəti sessiya və birgə müzakirələrdə təmsil edəcək.
Deloitte-in birgə sponsorluğu ilə keçiriləcək Forum Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Media XPRIMM şirkəti tərəfindən təşkil olunacaq.