Təfərrüatlar
Risk və gəlir balansının tənzimlənməsi
Maliyyə proqnozları və planları biznes aləmində böyük əhəmiyyətə malikdir. Lakin şirkətlər və maliyyə direktorları, xüsusilə mürəkkəbliyi, qeyri-müəyyənliyi və risk səviyyəsi artan biznes mühitində perspektiv rəqəmlərə nə dərəcədə etibar edirlər?
Şirkətlər müxtəlifaspektli risk modeli və təhlilini birləşdirərək proqnozlaşdırma ilə bağlı ənənəvi yanaşmalardan fərqli olan yanaşmaları tətbiq etməyə çalışırlar. Bəs nəticə? Riskə uyğunlaşdırılmış proqnozlaşdırma və planlaşdırma adlandırdığımız və mümkün nəticə və əlaqədar ehtimalların geniş miqyasını əks etdirən təkmilləşdirilmiş yanaşma.
Bu sənəd dəyəri qorumaq və artırmaq, etibarı artırmaq və riskləri idarə etmək üçün maliyyə direktorları tərəfindən riskə uyğunlaşdırılmış proqnozlaşdırma və planlaşdırma yanaşmasından necə istifadə olunduğunu araşdırır.