Perspektivlər

Maliyyə cinayəti ilə bağlı 5 sual

Risk bucaqları

Maliyyə cinayəti bir çox müəssisələrin brend dəyərinə, nüfuzuna, mövqeyinə və gəlirə təsir edən, hamıya yaxşı məlum olan və geniş yayılmış problemdir. Maliyyə cinayətindən yaranan itkilər riskindən əlavə, şirkət həmçinin əlaqəli sahələrdə artan xərclərlə üzləşirlər. Artan qanunvericilik tələblərinin yerinə yetirilməsi, cinayətin davamlı olaraq aşkar edilməsi üçün tələblər, potensial səhvlərin daxili araşdırmaları, xarici icbari tələblər və onunla bağlı istənilən əlaqəli cərimələr və penyalar, kollektiv iddialar və digər məhkəmə prosesləri maliyyə cinayəti ilə bağlı xərc və riskləri yaradan amillərdən hesab edilir. Maliyyə cinayətini səmərəli şəkildə aşkar etmək, qiymətləndirmək, qarşısını almaq və həll etmək üçün müəssisələr daha strateji və əhatəli risk idarəçiliyi yanaşmasını nəzərdən keçirməlidirlər.

Risklərə dair bu buraxılışda Deloitte Kanadanın Partnyoru və Məhkəmə araşdırmaları xidmətinin və Qlobal Maliyyə Cinayəti Təşəbbüsünün rəhbəri Peter Dent maliyyə cinayəti haqqında 5 sualı cavablandırır. Daha sonra ABŞ-da Deloitte Maliyyə Məsləhəti Xidmətləri LLP-nin törəmə müəssisəsi olan Deloitte Əməliyyat və Biznes Analitikaları LLP-də Verilənlər bazasının analitikası praktikasının rəhbəri olan Anthony DeSantis Böyük həcmli məlumatlardan istifadə zamanı saxtakarlıq riskini dərhal aradan qaldırmağa daha çox diqqət ayırır.

Risk bucağı açağıdakı suallara cavab verir:

1.Maliyyə cinayəti dedikdə nə nəzərdə tutulur?

2.Nə üçün maliyyə cinayəti bügün daha böyük təhlükə daşıyır?

3.Şirkətlər maliyyə cinayəti ilə bağlı riskləri necə idarə edirlər?

4.Nə üçün şirkətlərin əməletmə, çirkli pulların yuyulması, saxtakarlıqla bağlı olan və digər oxşar proqramları işləmir?

5.Maliyyə cinayəti riskinin idarə edilməsində texnologiyanın rolu nədən ibarətdir?

Həmçinin o, Böyük həcmli məlumatlardan istifadə zamanı saxtakarlıq riskini dərhal aradan qaldırmağa daha çox diqqət ayırır.

Risk bucaqları: Maliyyə cinayəti ilə bağlı 5 sual
Did you find this useful?