Risk assessment in practice

Təfərrüatlar

Praktikada risk qiymətləndirməsi

Risk qiymətləndirməsi həddən artıq nəzarət olmadan və arzuolunan imkanlardan imtina etmədən müəyyən edilmiş tolerantlıq hədləri çərçivəsində risk səviyyələrinin idarə olunmasını təmin etmək məqsədilə risklərin ölçülməsi və prioritetləşdirilməsi üzrə bütün prosesləri əhatə edir. Bunun həyata keçirilməsi üçün müəssisə üçün praktiki, davamlı, anlaşıqlı və düzgün ölçüyə malik risk qiymətləndirməsi prosesi tələb olunur.

Dəyər risk və gəlirlilik funksiyasıdır. Hər bir qərara əsasən dəyər artır, qorunur və ya azalır. Riskin dəyərin əldə edilməsində mühüm rolunu, həmçinin, risk ilə bağlı ənənəvi yanaşmanı istisna edən bir perspektiv olduğunu nəzərə alaraq, stratejiyönümlü müəssisələr riskin aradan qaldırılmasına və hətta onun azaldılmasına da cəhd etmirlər. Əksinə, bu müəssisələr riskləri müəssisənin bütün bölmələri səviyyəsində idarə etməyə çalışırlar, belə ki, onlar strateji məqsədləri effektiv həyata keçirmək üçün risklərin - nə çox, nə də az - lazımi həcmini və uyğun növlərini qəbul edirlər.

Deloitte tərəfindən COSO ilə birgə hazırlanmış bu rəsmi sənəd risk qiymətləndirməsi meyarlarının hazırlanması, risklərin və risklərin qarşılıqlı təsirlərinin qiymətləndirilməsi, eləcə də risklərin prioritetləşdirilməsi proseslərini təqdim edir. Həmçinin, sənəddə bu prosesin sadə, münasib və anlaşıqlı tərzdə təcrübədə tətbiqi yolları müzakirə edilir.

Praktikada risk qiymətləndirməsi

 Risk səhifəsinə qayıt

Did you find this useful?