Deloitte Consulting LLP Survey. An invitation to shape the future

Perspektivlər

Qlobal İnsan Kapitalı Trendləri 2017

Deloitte Konsaltinq LLP-nin sorğusu. Gələcəyi dəyişdirmək üçün çağırış

Uğurlu müəssisələr üzləşdikləri problemləri həll etmək üçün iş yerləri, işçi qüvvəsi və iş prosesləri ilə bağlı əsaslı dəyişikliklər edirlər. 2016-cı ildə İnsan Kapitalı üzrə Tendensiyalar ilə bağlı aparılan araşdırma nəticəsində müəssisələrdə insan resursları, idarəetmə, mədəniyyət, eləcə də təlim və inkişaf proqramları üzrə yenidənqurmaya ehtiyacın olduğu müəyyən edildi. 2017-ci ilin tendensiyalarının müəyyən olunmasında iştirak edin, insan resursları, idarəetmə və insan kapitalının idarə olunması strategiyaları ilə bağlı təkliflərinizi irəli sürün.

Məmnunluq hissi ilə qlobal səviyyəli şirkət rəhbərləri olan biznes liderlərini və İR icraçılarını Deloitte Consulting LLP tərəfindən İnsan Kapitalı üzrə Qlobal Tendensiyalar sahəsində aparılan beşinci illik araşdırmada iştirak etməyə dəvət edirik. Bu araşdırma 2017-ci il və gələcək illər üzrə insan kapitalı tendensiyalarının əhəmiyyətini müəyyən etməyə və qiymətləndirməyə yardımçı olacaq.

2017-ci il üçün İnsan Kapitalı üzrə Qlobal Tendensiyalar ilə bağlı araşdırmada Qlobal İnsan Kapitalı qrupu tərəfindən müəyyən edilmiş gələcək və yeni tendensiyaların siyahısı, həmçinin, bu tendensiyaların hər birinin müəssisəniz üçün əhəmiyyəti, həmin tendensiyalara cavab vermə hazırlığınız və çox mühüm çatışmazlıqların aradan qaldırılması imkanlarınız və planlarınız ilə əlaqədar müəyyən suallar təqdim edilir. Siyasətimizə uyğun olaraq, sizin cavablarınız məxfi saxlanılacaq və hər hansı bir şəkildə siz və sizin müəssisəniz ilə birbaşa olaraq əlaqələndirilməyəcək.

Cavablarınızı 28 oktyabr (daxil olmaqla) tarixinədək təqdim etməyiniz xahiş olunur.

İştirakınız və davamlı dəstəyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Sorğunun nəticələrini 2017-ci ilin əvvəlində dərc etdirməyi planlaşdırırıq. Minnətdarlıq əlaməti olaraq, sorğuda iştirak edən bütün respondentlərə yekun hesabatın nüsxəsi göndəriləcək və onlar 2017-ci ilin tendensiyalarına və qlobal araşdırmanın nəticələrinə aid olan qlobal səviyyəli onlayn konfransa dəvət ediləcəklər.

İnsan Kapitalı üzrə Tendensiyalar 2016 haqqında hesabatı nəzərdən keçirin.

Sorğuya daxil ola bilmədiyiniz təqdirdə və ya hər hansı suallarınız olarsa, bizimlə əlaqə yaradın.

Did you find this useful?