Təfərrüatlar

İnsan Kapitalı üzrə Qlobal Tendensiyalar 2015

Müasir iş dünyasında idarəetmə

Bu gün insan resursları sahəsində müşahidə olunan problemlər resursların müvafiq həllərdə daha çevik, tədbirli və cəsarətli olmasına imkan yaradan yeni planlar tələb edir.

İnsan Kapitalı Tendensiyaları 2015: Giriş

Müasir dövrdə dünya təşkilatları idarəetmə, kadr və insan resursları ilə bağlı strategiyalarda vacib dəyişikliklər tələb edən “yeni iş dünyası”nın idarəçiliyini həyata keçirir. 106 ölkənin 3,300-dən artıq müəssisəsi xüsusi kadr məsələlərinin mühümlüyünü və belə məsələləri uğurla həll etmək üçün özlərinin hazırlıq səviyyələrini qiymətləndirməklə Deloitte-in İnsan Resursları üzrə Qlobal Tendensiyalar 2015 adlı sorğusunda iştirak etmişlər.

Hazırkı hesabatda araşdırmamız nəticəsində müəyyən edilmiş 10 əsas tendensiya yer almışdır və 2015-ci il üzrə dörd başlıca – idarəetmə, işəgötürmə, dəyişiklik və yenilik kimi mövzuları əks etdirir. Biz bu tendensiyaların hər biri ilə bağlı imkanlardakı çatışmazlıqları göstərir və sizə müəssisədə belə məsələlərin həllini tapmaqda yardımçı olan praktiki fikirlər təklif edirik. Həmçinin, hesabatda altı əsas nəticə qeyd olunur. Coğrafi mövqeyə, sənaye sahəsinə və şirkətin ölçüsünə görə tendensiyalar barədə məlumat üçün İnsan Kapitalı Tendensiyaları üzrə Məlumat Panelinə nəzər sala bilərsiniz.

 

Did you find this useful?