Open Talent Economy

Təfərrüatlar

Açıq Kadr İqtisadiyyatı

Sərhədsiz iqtisadiyyatda işçi qüvvəsi və əmək

Açıq kadr iqtisadiyyatına xoş gəlmişsiniz – bu, əməkdaşlığa, şəffaflığa, texnologiyaya əsaslanan və sürətli biznes fəaliyyətidir. Qloballaşma və yerdəyişmədən başlayaraq sosial biznesə və analitikaya qədər müxtəlif meqatrendlərin köməyi ilə müəssisələr və işçilər hazırda daha geniş və daha çox imkanları olan mühitdə bir-birinə can atırlar.

İnsan resursları yalnız müəssisənin xərcləri demək deyil, həm də inkişaf etdirilməsi və qiymətləndirilməsi vacib olan aktivlərdir.

Açıq Kadr İqtisadiyyatı üç komponenti birləşdirən kadr strategiyasının həyata keçirilməsi üçün qaydalar təqdim edir:

  • Xarici təsir qüvvələri (qlobal meqatrendlər, eləcə də regional və sənaye tendensiyaları)
  • İnsan resurslarına investisiyalar (müəssisəyə aid strategiyalar, proqramlar və infrastruktur həlləri)
  • Biznesin effektivliyi (müəssisənin seçdiyi investisiyalarla üzrə qiymətləndiriləbilən biznes və kadr nəticələri)

Həmçinin, bu qaydalarda göstərilir ki, kadr siyasəti yalnız işçi qüvvəsi və ya mövcud resursların toplusuna deyil, həm də karyeranın və bir işçi kimi həyatın müxtəlif səviyyəsində olan şəxslərə də şamil olunur. Belə şəxsləri cəlb etmə, təkmilləşdirmə, mükafatlandırma və saxlama yolları strategiyanın nə dərəcədə açıq olmasına görə dəyişir.

Açıq kadr iqtisadiyyatı biznes üçün açıqdır – daxil ol və nəzər yetir.

Did you find this useful?