HR Transformation Offerings

Həllər

İR Transformasiyası üzrə təkliflər

İR Əməliyyatlar üzrə üstünlük & Müştəri Təcrübəsi

Yeni texnologiyalar, platformalar, proseslər və sistemlər onlardan istifadə imkanları olmadıqda elə də əhəmiyyət kəsb etmir. Adətən, İR strukturu üzrə bacarıqların artırılmasına ayrılan vaxt ilə müqayisədə yeni həllər üçün daha çox vəsait ayrılır. İstənilən halda müştəri xidmətinin keyfiyyətinə təsir göstərən və keyfiyyəti təmin edən İR mütəxəssisləridir. Deloitte ilə əməkdaşlıq edərək siz gələcək üçün müasir dövrün daim artan biznes tələbləri baxımından aktual qala bilən mədəniyyət və imkanların yaradılmasını təmin edə bilərsiniz.

İR Əməliyyatlar üzrə üstünlük (incl. Ortaq Xidmətlər & Autsorsinq də daxil olmaqla)

Deloitte-un peşəkarları son üç onillik ərzində biznes tələblərini dəstəkləmək məqsədilə İR departamentinin fəaliyyətini optimallaşdırmaqda müəssisələrə yardımçı olmuşdur. Bu cür xidmət, adətən, struktur, qaydalar və kadr perspektivləri üzrə dəyişikliklər olduqda müəssisənin ehtiyaclarını əks etdirmək üçün İR xidmətlərinin göstərilməsi ilə bağlı strateji dəyişikliyi əhatə edir. İR xidmətləri, Ümumi İR, Autsorsinq xidmətlərini və ya qarışıq modeli əhatə edə bilər.

Biznesdə etibarın qazanılması yüksək səviyyəli İR xidmətlərinin göstərilməsi ilə başlayır. Müasir dövrün yenilikləri barədə məlumatlı qalmaq üçün İR departamenti müvafiq proseslər üçün planlaşdırılmış yanaşmadan, tətbiqi proqramlar üçün rəqəmsal texnologiyadan istifadə etməli və xidmətlərin göstərilməsində işçilərin təcrübəsini nəzərə almalı, eyni zamanda dövriyyədə olan maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə etməlidir. Deloitte ilə əməkdaşlıq bu tendensiyaları müəssisənin dəyərləndirəcəyi effektivliyin təmin edilməsinə yönəlmiş vahid əməliyyat modelində cəmləşdirməyinizə imkan yaradacaq.

İR Texnolojgiyası üzrə Strategiya & Satıcıların Seçimi

Bugünkü müəssisələr yerli, bulud və fərdi həllərlə bağlı artan texnoloji məsələlərlə üzləşir. İR üzrə texnoloji həllərin tətbiqi qismən sənət, qismən isə elmdir. Elm dünya səviyyəli alətlər və sınanmış metodologiyalardan, sənət isə yalnız təcrübədən irəli gəlir. Təcrübə, istifadə olunmalı texnologiyaları seçmək, düzgün işçi təcrübəsi yaratmaq üçün həmin texnologiyaların proseslərə tətbiqi qaydalarını, uyğunluq və dəyişikliyi təmin etmək üçün onların müəssisədə tətbiq olunma üsullarını bilməkdir. Deloitte ilə əməkdaşlıq sayəsində texnologiyalara ayırdığınız investisiyanın dəyərini optimallaşdırmaq və fəaliyyətin təkmilləşdirilməsi üçün imkanlar yaratmaq məqsədilə bilik və bacarıqlarımızdan yararlana bilərsiniz.

İR Texnologiyası Strategiyası və Təchizatçı Seçimi səylərinə ERP (Müəssisə Resurslarının Planlaşdırılması) və Bulud həllər, təchizatçı seçiminə dəstək, ümumi xidmət mərkəzləri və kənar əməliyyatlar üçün texnoloji həllər daxildir. Bu xidmət müəssisənin işçilər, məlumatlar, hesabat üzrə xüsusi İR ehtiyaclarının və portal tələblərinin təmin edilməsi ilə bağlı innovativ texnologiya praktikalarını əhatə edir.


HCM Oracle

İR təşkilatları əməkdaşlıq mədəniyyətinin təkmilləşdirilməsi, yüksək səviyyəli təhlilin aparılması, öz karyerasına nəzarət üçün işçilərin imkanlarının artırılması yolu ilə işçi təcrübəsi yaratmaq istiqamətində çalışır. Oracle sisteminin bulud əsaslı yeni nəsli olan Human Capital Management (HCM) proqramları İT infrastrukturunu üstələyərək və yenilənmə xərclərini azaldaraq işçilər üçün İR ilə bağlı qabaqcıl funksional imkanlar təmin edir. Biz, strategiyanın qurulması, planlama və tətbiq prosesindən başlayaraq müştərilərimizin ehtiyaclarına uyğun sərbəst layihə icrası modellərinin təmin edilməsinə qədər HCM texnologiyası üzrə hərətərəfli xidmətlər göstərməklə biznes məqsədlərini dəstəkləyən bacarıq və imkanların qurulmasında müştərilərə yardımçı oluruq.

Deloitte dünyada geniş yayılmış Oracle praktikasından istifadə edir və Oracle HCM Cloud vasitələrinin tətbiqi üzrə liderdir. Deloitte-un sertifikatlı mütəxəssisləri müştəri ehtiyaclarının təmin edilməsi üçün xüsusi alətlərin və dəyişkən icra modellərinin istifadəsində qlobal təcrübəyə malikdir.


HCM SAP-SuccessFactors (Uğur Faktorları)

Müasir dövrün əmək bazarı innovativ kadr həllərinin tətbiqi ilə bağlı İR departamentlərinin iş yükünü artırır. Deloitte SAP HCM və SuccessFactors texnologiyasının inteqrasiyası üzrə dünyanın aparıcı strateji müəssisəsidir. Müştəri ehtiyaclarına uyğunlaşdırılan yanaşmamız müəssisənin fəaliyyət xüsusiyyəti nəzərə alınmaqla hazırlanır və ən yaxşı yerli, eləcə də bulud həllərdən optimal şəkildə istifadə olunur. Biz, mənfəət təminatına və inteqrasiya dəstəyinə qədər biznes modelləri və tətbiqə dair fəaliyyət planının müəyyən olunması ilə bağlı tövsiyələr veririk. Biz Fast Forward (Sürətli İnkişaf) metodologiyasından və Deloitte-un xüsusi IndustryPrintTM proses sxemi formalarından, eləcə də Enterprise Value Delivery (EVD) metodlarından istifadə etməklə qısa müddətdə effektivliyin əldə olunmasına yardımçı oluruq.

HCM İş günü

Iş günü İnsan Kapitalı Menecmenti (HCM) həlli işçi qüvvəsinin imkanlarının idarə, istifadə olunması və artırılması, o cümlədən təhlil və araşdırmaların təmin edilməsi üçün innovativ, bulud əsaslı, SaaS platforması təklif edir. Bu həll İR Xidmətlərinin təmin edilmə effektivliyini artıran vasitələri təklif edir və İR departamentini biznesi dəstəkləyən strateji fəaliyyətlərdən azad edir.

Deloitte-un İş günü heyəti ekosistemdəki digər tərəfdaşlarla müqayisədə bir çox layihələrdən qazanılmış dərin biliklərə malikdir. Workday Delivery Assurance proqramı ilə qiymətləndirilmiş keyfiyyət göstəricilərimiz bazarda ən yüksək indikatorlar hesab olunur. Workday proqram təminatının effektiv tətbiqi məqsədilə planlamadan başlayaraq tətbiqə qədər layihənin bütün mərhələlərində, eləcə də daimi dəstək üçün aparıcı metod və alətlərimizi birləşdirən metodologiyadan istifadə edirik.


HCM Cloud AMS

Bir çox İR təşkilatları proseslərin transformasiyasını sadələşdirmək və istifadəçilər üçün vacib sistemlərə rahat çıxışı təmin etmək məqsədilə bulud əsaslı xidmət qismində proqram təminatlarından (SaaS) istifadə edirlər. Bu, güclü və mümkün olan hədəfdir. Lakin sistem işə düşdükdə bu həll avtomatik olaraq aktivləşmir. Bulud əsaslı Human Capital Management həllinin potensial tətbiqi davamlı prosesi əks etdirir.

Müntəzəm dəstək və nəzarətdən başqa, SaaS həlləri yenilikləri idarə etmək və biznes məqsədlərinə uyğun olaraq yeni funksiyaların tətbiq vaxtını müəyyənləşdirmək üçün təşkilatlardan ciddi yanaşma və intizamın olmasını tələb edir. Deloitte-un Proqramları İdarəetmə Xidmətləri (AMS) istifadə etdiyiniz sistemlərin işlək qalması üçün yalnız gündəlik dəstəyi təmin etmir, həmçinin, funksional, texniki və strateji istiqaməti təmin edir.


İşçi qüvvəsinin Planlaşdırılması & Analitika

Müstəqil əmək haqqına əsaslanan iqtisadiyyatın, işçi qüvvəsinin demoqrafik göstəricilərindəki dəyişikliklərin və daim artan biznes ehtiyaclarının yaranması gələcək işçi qüvvəsinin bugünkü işçi qüvvəsindən fərqli olacağını aydın göstərir. Biznes idarəçiliyində etimad qazanmış düzgün tərəfdaş olmaq üçün İR mütəxəssisi yalnız heyəti idarə etmək deyil, həmçinin, gələcəyin işçi qüvvəsini yaratmaq bacarığına malik olmalıdır. Kadrlarla bağlı mövcud ehtiyaclar barədə effektiv və obyektiv qərarların qəbulu, o cümlədən işçilərin davranışlarının proqnozlaşdırılması məqsədilə müəssisələr böyük həcmdə daxili və xarici məlumatları istifadə edə bilməlidir. Bir çox İR təşkilatları bu bacarığı yenicə inkişaf etdirməyə başlayır və ya malik olduqları məlumatlardan necə istifadə etməyi müəyyənləşdirməyiblər. Deloitte ilə əməkdaşlıq nəticəsində müəssisənin hazırkı yeniliklərə cavab verməsinə yardımçı ola biləcək kadr strategiyasının qurulması və icrası üçün tələb olunan anlayışları əldə edə bilərsiniz.

İR Məhsulları & Innovasiya

Bu gün sürətlə dəyişən mühitdə İR sahəsi daxil olmaqla hər bir sahədə yeniliklər mövcuddur. Bir neçə gündən bir bazara yeni İR və ya kadr məhsulu çıxarılır. Bugünkü kadr tələblərinə uyğun alət, həll və xidmətlər təmin etmək üçün İR ekosistemində yaranan ən son texnoloji tendensiyalardan xəbərdar olmaq çox vacibdir. İR ilə bağlı texnologiyaların tətbiqini optimallaşdıran innovativ məhsullar hazırlamaq üçün Deloitte aparıcı yanaşmadan istifadə edir. Deloitte-un peşəkarları belə alətlərlə bağlı tövsiyələrin verilməsinə, belə alətlərin planlaşdırılmasına və tətbiqinə yönəlmişdir. Bu texnologiyalar İR üzrə effektiv xidmət təminatı təcrübəsi yaratmaq, əməyin idarə edilməsi təcrübəsini təkmilləşdirmək, fəaliyyət nəticələrini və iştirakı artırmaqla mövcud yerli və bulud həllərinin dəyərini yüksəltmək üçün nəzərdə tutulmuşdur. Deloitte ilə əməkdaşlıq hər zaman irəlidə olmaq üçün sizə ekspertlərimizin dəstəyindən istifadə etmək və Rəqəmsal İR sahəsində aparıcı rola malik olmaq imkanı verir.

Qoşulma, Birləşmə və ya Yenidənqurma

Şirkətlər qoşulma, birləşmə və ya yenidənqurma kimi səy göstərirlər və bu fəaliyyətlərin onların biznes effektivliyini artıracağına inanırlar. Bu səylərin kadrlarla bağlı hissəsinin düzgün qiymətləndirilməsi və idarə edilməsi potensial effektivliyə nail olmaq üçün çox vacibdir.

Qoşulmalar və birləşmələr və yenidənqurma işləri üzrə Deloitte-un mütəxəssisləri 1,000-dən artıq qlobal layihələrdə inkişafın təmin edilməsi, effektivliyin saxlanması və müəssisələrin birləşməsi (müəssisələrin effektiv şəkildə parçalanması) ilə bağlı qazanılmış təcrübəyə əsaslanırlar. Bu sahədə təcrübəmiz Ümumi Mükafatlar, Müəssisə və Kadrların inkişafı, korporativ mədəniyyətin dəyişməsi, İR transformasiyası və Aktuar xidmətlər daxil olmaqla əməliyyat müddətində İnsan Resursları ilə bağlı bütün məsələləri əhatə edir. Bu xidmətlər üçün təminat biznes və işçi yönümlü kompleks yanaşma əsasında konsaltinq, audit, vergi və maliyyə məsləhəti sahələri üzrə Deloitte-un geniş təcrübəsidir.

Əsas kontakt

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox