Xəbərlər

Gömrük Komitəsinin məlumatlandırılması tələb olunan lisenziyaların və icazələrin siyahısı

Deloitte Hüquq bildirişi

Bildiyiniz kimi, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bir sıra fəaliyyət növü və hərəkət üçün lisenziya və icazələrin alınması tələb olunur.

Lisenziya və icazə tələb edən bəzi fəaliyyət növləri və hərəkətlər çərçivəsində idxal və ixrac əməliyyatlarına nəzarətin həyata keçirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 6 may 2020-ci il tarixli 165 nömrəli Qərarı ilə (“Qərar”) Azərbaycan Respublikasında verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş müəyyən növ lisenziya, sertifikat, icazə və şəhadətnamələr barədə məlumatın bu cüricazə və lisenziyaların sahibləri tərəfindən Dövlət Gömrük Komitəsinə göndərilməsi müəyyən olunmuşdur.

Qeyd edilmiş Qərarla barəsində məlumatlandırma proseduru müəyyən edilmiş  lisenziyaların və icazələrin siyahısı təsdiq edilmişdir. Həmin siyahını Sizə təqdim edirik:

Lisenziyalar:

i.   prekursorların idxalı, ixracı və tranzit nəql edilməsi;

ii.  təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması;

iii. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı

İcazələr:

  •  təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə;
  •  dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq;
  • ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
    nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə;
  • mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə;
  • ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə;
  • ixrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün
    Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının qeydə alınması;
  • zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla
    ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə;
  • kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
    beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat);
  • ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;
  • idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi;
  • pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət
    qeydiyyatı haqqında şəhadətnamə;
  • bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına)
    fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;
  • ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili
    nəqliyyat vasitələrinin hərəkətinə icazə;
  • avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə;
  • standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi
    haqqında sertifikat;
  • qida təhlükəsizliyi sertifikatı;
  • dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi;
  • dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;
  • Birləşmiş Millətlər Təşkilatının “Psixotrop vasitələr haqqında” 1971-ci il tarixli Konvensiyasının 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə;
  •  elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə;
  •  xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi;
  • qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış;
  • sənaye parkının qeydiyyat şəhadətnaməsi;
  • texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi;
  • texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi;
  • sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd;
  • investisiya təşviqi sənədi;
  • malın mənşə ölkəsini təsdiq edən sertifikat;
  • mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi;
  • sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət
    tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi
Did you find this useful?