Xəbərlər

Biznesin Transformasiyası

20 ilə yaxın Azərbaycan bazarında fəaliyyət göstərən Deloitte şirkəti artıq bir neçə ildir ki, yüksək ixtisaslı və geniş təcrübəyə malik peşəkarları ilə öz müştərilərinə Biznesin Transformasiyası sahəsində hərtərəfli dəstək göstərir.

Son dövrdə ölkədə şəffaflığın artırılması ilə bağlı geniş miqyaslı islahatlar aparılır. Baş verən dəyişikliklərə adekvat reaksiya göstərmək, həmçinin maliyyə itkiləri və reputasiya risklərinə məruz qalmamaq üçün sahibkarlıq subyektləri mövcud biznes modellərini bir daha nəzərdən keçirməlidir.


Biznesin Transformasiyası - uçotun dürüst və effektiv qurulmasına, biznesin şəffaflığına, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun auditin keçirilməsinə, daxili nəzarətin gücləndirilməsinə, daha ucuz maliyyənin cəlb edilməsinə və investisiya imkanlarının artırılmasına doğru atılan addımdır. 

Daha ətraflı məlumatı əlavədəki bukletdən əldə edə bilərsiniz.

Biznesin transformasiyası bukleti
Did you find this useful?