Təfərrüatlar

Deloitte Hüquq haqqında

Deloitte Legal Azərbaycan Deloitte Legal Şəbəkəsinin bir hissəsidir.

Biz korporativ, birləşmə və qoşulma həlləri üzrə fərqli təcrübəmiz sayəsində müxtəlif növ hüquq xidmətləri göstərir və kommersiya, bank işi, maliyyə, lisenziyalaşdırma, İP, miqrasiya və əmək qanunvericiliyinə dair məsləhətlər veririk. Deloitte Legal Azərbaycanın müştəri portfelinə neft-qaz, bankçılıq, otelçilik və iaşə, maliyyə, pərakəndə satış, əczaçılıq və digər sənaye sektorlarında çalışan beynəlxalq şirkətlər daxildir.

Dünya üzrə 75-dən çox ölkədə 1,750-dən artıq pəşəkar hüquq mütəxəssisləri, Azərbaycanda isə 6 hüquqşünas ilə Deloitte Legal milli və beynəlxalq biznes hüququnun bir çox sahələrində dəyərli həm də   praqmatik məsləhətlər təklif edir. Peşəkar mütəxəssislərimiz qlobal və yerli məkanda mürəkkəb layihələr, habelə çətin yerli və beynəlxalq əməliyyatlar üzrə uyğun həllər təklif edirlər.  Kiçik və orta ölçülü ailə şirkətləri, birjada qeydiyyatdan keçmiş şirkətlər və ya beynəlxalq şirkətlər qrupu olmasından asılı olmayaraq biz Kommersiya, Korporativ/Birləşmə və Qoşulma, Məşğulluq və Pensiya, İnsan Resursları kimi xidmət istiqmaətlərimiz sayəsində biznes hüququnun müştərilərimiz üçün vacib olan sahələrini əhatə edirik.

 

Did you find this useful?