Təhlil

Qlobal səhiyyə sektoru üzrə proqnozlar 2014

Ümumi çətinliklər, ümumi imkanlar

Növbəti illərin qlobal səhiyyə sektoru üçün müsbət, lakin çətin olacağı görünür; bir çox əvvəlki biznes modelləri və əməliyyat prosesləri böyüyən tələblər, davamlı xərc təzyiqləri, adekvat səhiyyə mərkəzlərinin olmaması və sürətlə artan bazar şərtləri fonunda kafi olmaya bilər.

Hesabatda qlobal səhiyyə sektorunun hazırkı vəziyyəti araşdırılır, bir sıra coğrafi bazarlardakı fəaliyyət təqdim olunur, 2014-cü və sonrakı illərdə gəlirləri və bazar payını artırmağa çalışan, maliyyələşdirmə, xərc və digər məsələlərin həllində maraqlı tərəflər üçün mülahizələr təklif edilir.

Qlobal səhiyyə sektoru üzrə proqnozlar 2014

Qlobal sektorda inkişafın hərəkətverici qüvvəsi kimi əhalinin yaşlanmasını, xroniki xəstəliklərin artmasını, tibbi xidmətlərdən istifadənin artmasını; texnoloji irəliləyişləri və innovativ məhsulları; eləcə də yeni bazarların artımını qeyd etmək olar. Lakin səhiyyə təşkilatları da 2014-cü ildə bir çox ölkələrdə səhiyyə islahatlarının təsiri üzrə istiqamətin müəyyən edilməsi; xərclərin artması; keyfiyyət; dünyanın bir çox hissəsində infrastruktur çatışmazlığı; işçi qüvvəsi; təhlükəsizlik kimi əsas məsələləri aradan qaldırmalıdırlar. Bu sahələrin hər birindən irəli gələn çətinliklər və imkanlar həm qlobal, həm də bazar xarakterli ola bilər.

Qlobal səhiyyə sektoru üzrə proqnozlar 2014

Məsələ #1: Əhalinin yaşlanması və xroniki xəstəliklərin artması

Yaşlanan əhali və xroniki xəstəliklərdən əziyyət çəkən insanların artması ilə bağlı ümumi və uzunmüddətli tendensiyaların 2014-cü və sonrakı illərdə inkişaf etmiş və inkişafda olan iqtisadiyyata malik ölkələrdə tibbi xidmətlərə tələbi artıracağı proqnozlaşdırılır. Növbəti yarım əsr ərzində üç dəfə artacağı gözlənilən yaşlı əhalinin sayı, eləcə də ehtimal olunan orta ömür müddətinin artması bir çox bazarların səhiyyə sistemi üçün böyük öhdəliklər yaradır. Tibbi xidmətlərə tələbatı artıran digər ümumi demoqrafik tendensiya 63 faizlə ölüm hallarına əsas səbəb olan ürək, iflic, xərçəng, şəkərli diabet kimi xəstəliklərin, eləcə də tənəffüs yollarının xroniki xəstəlikləri və ruhi xəstəliklərin daha çox yayılmasından ibarətdir və yaşlanan əhali, oturaq həyat tərzi, pəhriz dəyişiklikləri, piylənmə səviyyəsi və təkmilləşdirilmiş diaqnostika ilə bağlı ola bilər.

Məsələ #2: Xərc və keyfiyyət

Hər hansı ölkənin ÜDM-in təxminən 18 faizini (ABŞ) və ya 10 faizini (böhrana məruz qalmış Avropa) səhiyyə sektoruna sərf etməsindən asılı olmayaraq, dünyanın dövlət və özəl maliyyələşdirmə sistemlərində iqtisadi cəhətdən gərginlik hiss olunur, artan xərclər qeyri-münasib və dəyişkəndir. Səhiyyə xərclərinin artması sənayenin konsolidasiyası, uzunmüddətli stasionar müalicə, ənənəvi müalicə üsullarını geridə qoyan xərc tələb edən biopreparatlar və diaqnostika, qeyri-effektiv proseslər və dərman vasitələrindən həddən artıq istifadə kimi bir sıra amillərlə bağlı ola bilər. Təəssüf ki, yüksək xərclər hətta inkişaf etmiş ölkələrdə belə, mütləq şəkildə yaxşı nəticələrə və ya daha keyfiyyətli xidmətlərə gətirib çıxarmır. Bəzən pasiyentlər üçün ən ciddi təhlükə onların xəstəliyi deyil, belə pasiyentləri müalicə edən xəstəxanalar olur.  

Məsələ #3: Tibbi xidmətlərdən istifadə

Tibbi xidmətlərdən istifadənin təkmilləşdirilməsi dünya dövlətlərinin əsas hədəflərindən biri və bir çox ölkələrdə islahat səylərinin mərkəzində duran məsələlərdəndir. Tibbi xidmətlərdən istifadənin asanlaşdırılması vacib olsa da və bunun üçün səy göstərməyə dəysə də sistemdə insanların sayının artması bir sıra tibbi xidmət sistemlərinin xərc məsələlərindən başqa, işçi qüvvəsi çatışmazlığı, pasiyentlərin yeri, infrastruktur məhdudiyyətləri səbəbindən təmin edə bilmədiyi xidmətlərə tələbin artdığını göstərir. Dünyadakı bir çox ölkələr bu sahədə kifayət qədər işçi olmadığından belə çatışmazlıq da birbaşa xidmətin keyfiyyətinə təsir göstərir. Xəstə baxıcılarının qeyri-bərabər paylanması isə digər bir problemə səbəb olur. Pasiyentin yeri də xidmət üçün maneə ola bilər. Pasiyentlərin müvafiq xidmətlərdən lazımi səviyyədə istifadə edə bilməməsinin növbəti səbəbi müəyyən ölkələrdə səhiyyə infrastrukturunun olmaması, həm inkişaf etmiş, həm də yeni bazarlarda köhnəlmiş avadanlıqların istifadəsi hesab olunur.

Məsələ #4: Texnologiya

Dünyadakı tibbi xidmət sistemləri innovasiyaya olan ehtiyacı qəbul edirlər; tibb texnologiyaları və məlumatın idarə edilməsi ilə bağlı yeniliklər yeni diaqnostika və müalicə metodlarının asanlaşdırılmasına kömək edir; lakin bu yeniliklərin ümumi xərcləri artıracağı ehtimal edilir ki, bu da xidmət təchizatı modellərini yenidən qurmaqla və resursların daha effektiv istifadəsinə imkan yaratmaqla xərclərin məhdudlaşdırılması üçün dövlət və özəl sektorun xidmət təchizatçıları və sığortaçıları tərəfindən böyük səylərin göstərilməsinə səbəb olur. Səhiyyə texnologiyaları sürətlə dəyişəcək və dünyanın müəyyən hissələrində qurulmuş tibbi xidmət modellərinə ziyan vuracaq. Lakin texnoloji innovasiyaların əldə olunması və istifadəsi hətta inkişaf etmiş ölkələrdə belə, xərcin azaldılması və islahat dövründə bir çox tibbi xidmət təchizatçıları tərəfindən təmin olunması çətinlik yarada biləcək maliyyə investisiyaları tələb edir. Texnologiya əsaslı, yeni tibbi xidmət sistemi böyük həcmdə informasiya yaradır və xüsusilə, belə məlumatların şərh və istifadə olunma qaydası mühüm əhəmiyyət kəsb edir. Onun mövcudluğundan, tamlığından və məxfiliyindən çox şey asılıdır. Təşkilatlarda təhlükəsizliyə müvafiq nəzarət olmazsa, potensial pasiyentin təhlükəsizliyinin pozulması, iqtisadi və nüfuza zərər də baş verə bilər.  

Bazarla bağlı yeniliklər

Bazarla bağlı yeniliklər və aşağıdakı ölkələr üçün yerli nəticələri müəyyən etmək üçün hesabatı yükləyin:


• Braziliya

• Kanada

• Meksika

• Birləşmiş Ştatlar

• Almaniya

• Yaxın Şərq

• Cənubi Afrika

• Birləşmiş Krallıq

• Avstraliya

• Çin

• Hindistan

• Yaponiya

• Cənub-şərqi Asiya

Qlobal səhiyyə sektoru üzrə proqnozlar 2014

Həyat elmləri və Səhiyyə səhifəsinə qayit

Did you find this useful?