Təhlil

Qlobal bioloji elmlər sektoru üzrə proqnozlar 2014

Dəyişkən bazarda möhkəmlik və yenilənmə

Bir çox ölkələrdə tənzimləmənin artmasından, qiymət təzyiqlərindən və səhiyyə islahatlarının təsirlərindən asılı olmayaraq, qlobal bioloji elmlər sektoru innovasiyanın, dəyər və təkmilləşdirilmiş müalicə nəticələrinin effektiv təmin olunması üçün yeni tədqiqat və inkişaf və biznes modellərini tətbiq etdiyi üçün bu sektorda möhkəmlik və yenilənmə müşahidə edilir.

Hesabatda qlobal bioloji elmlər üzrə maraqlı tərəflərin üzləşdikləri başlıca məsələlər, bir sıra coğrafi bazarlardakı fəaliyyət təqdim olunur, 2014-cü və sonrakı illərdə gəlirləri və bazar payını artırmağa çalışan şirkətlər üçün mülahizələr təklif edir.

Mətn ilə tanış olun

DTTL-in qlobal bioloji elmlər sektoru üzrə rəhbəri John Rhodes qeyd edib: “2013-cü ildə əczaçılıq, biotexnologiya və tibbi texnologiya seqmentlərindən ibarət bioloji elmlər sektoru digər sektorlarla müqayisədə son zamanların qlobal iqtisadi qeyri-müəyyənliyinə daha az məruz qalıb. Lakin bu sektor artan xərclər və dünyadakı yüklənmiş səhiyyə sistemləri ilə əlaqədar, xərclərin ödənilməsi təzyiqi ilə üzləşir. Bundan başqa, sektor üzrə son fəaliyyət nəticələrinin icmalı göstərir ki, növbəti bir neçə il ərzində innovasiyanın artması və dəyər yaradılması ilə uğur əldə etmək üçün əlverişli mövqeyə malikdir.”

Qlobal Baxış

Deloitte MDB-nin Səhiyyə və Bioloji Elmlər Qrupunun Rəhbəri Oleq Berezin bildirib: “Rusiyanın dərman bazarının üzləşdiyi əsas məsələ ölkədə istehsal olunan dərman preparatlarının proporsiyasının artırılması ilə bağlı Rusiya hökumətinin siyasətinin nəticələrindən ibarətdir. İdxal edilən dərmanların payı asta templə olsa da azalmağa davam edir və 80% təşkil edir. Xarici dərman istehsalçıları bazarda mövqelərini saxlamağa, cütrəqəmli inkişaf nəticəsinə malik və gələcəkdə sürətlə inkişaf potensialı olan bazardan faydalanmağa səy göstərirlər. Lakin tibbi preparatların ticarətinə dair qanunvericilik, korrupsiya və yüksək istehsal xərcləri xarici investisiyanın məhdudlaşdırılmasında rol oynayır.


“İdxal edilən dərmanların alışını məhdudlaşdıran (Rusiyanın ÜTT üzrə öhdəliklərinə uyğun fəaliyyət) hökumət təklifləri xarici dərman istehsalçıları tərəfindən istehsalın lokallaşdırılması ilə bağlı qərarın qəbul edilməli olduğunu nəzərdə tutur. Qərar qəbul edilmədiyi təqdirdə belə şirkətlər hazırda dəyər baxımından bazarda 25% təşkil edən dövlət sifarişi ilə dərmanların alınması üzrə paylarını itirəcəklər. İstehsalın lokallaşdırılmasına səy göstərərkən dövlət onun sabit artan xərcləri fonunda 142 milyon əhaliyə qayğı ilə bağlı xərcləri məhdudlaşdırmağa çalışır.”

Azərbaycan və MDB

2014-cü ildə Sektorla bağlı məsələlər

Qlobal bioloji elmlər sektorunda inkişafın hərəkətverici qüvvələri kimi əhalinin yaşlanmasını, xroniki xəstəliklərin artmasını, texnoloji irəliləyişləri və innovativ məhsulları, eləcə də dövlət maliyyələşdirməsinin və sığorta təminatının artması daxil olmaqla, səhiyyə islahatlarının müəyyən gözlənilən nəticələrini göstərmək olar. Həmçinin, şirkətlər 2014-cü ildə dörd əsas problemlə üzləşir: səhiyyə islahatının istiqamətinin təyin edilməsi; innovasiya və dəyərin təmin olunması; qanuvericilikdəki dəyişikliklərə əməletmə; kiçik və əlaqəli dünyada fəaliyyət. Bu sahələrin hər birindən irəli gələn çətinliklər və imkanlar həm qlobal, həm də bazar xarakterli ola bilər.

Qlobal səhiyyə sektoru üzrə proqnozlar 2014

Məsələ #1: Səhiyyə islahatının istiqamətinin təyin edilməsi

Birləşmiş Ştatlar, Çin, Braziliya, Almaniya, Fransa və Birləşmiş Krallıq kimi ölkələr yaxın zamanlarda qlobal bioloji elmlər bazarında həcmdən dəyərə keçidin sürətləndirilməsi ilə bağlı və bu sektora əhəmiyyətli dərəcədə təsir göstərən mühüm qanunvericiliyi təsdiqləmişlər. Şirkətlər başa düşürlər ki, səhiyyə islahatından irəli gələn dəyişikliklər əhəmiyyətlidir, lakin müəyyən şirkətlər müvafiq cavab tədbirlərinin görülməsi ilə bağlı çətinlik çəkirlər. İslahatla bağlı çətinlikləri və imkanları başa düşən və onlara uyğunlaşa bilən həmin təşkilatların növbəti illərdə liderlərə çevriləcəyi ehtimal olunur.

1_healthreform

Məsələ #2: İnnovasiya və dəyərin təmin olunması

Bioloji elmlər sektorunda çalışan şirkətlər üçün əsas çətinlik innovasiyanın kommersiya məhsuluna effektiv şəkildə necə çevirməkdir. Bir çox innovasiyalar daha çox ənənəvi kiçik molekullu kimyəvi struktur və ya böyük molekullu bioloji struktur tələb edir; onlar adətən bir sıra elmi sahələrdə bilik və təcrübə tələb edirlər. Nəticə etibarilə bugünkü bioloji elmlər sahəsində innovasiya ilə bağlı çoxprofilli fəaliyyət yaranır ki, bu da riskin bölüşdürülməsi üzrə biznes modelləri üçün xarakterik olan qarşılıqlı əlaqənin və əməkdaşlığın yaradılmasını tələb edir. Böyük və ya kiçik, yerli və ya beynəlxalq şirkətlər elmi-tədqiqat işlərini və məhsul xətti ilə bağlı məqsədlərini həyata keçirmək üçün birgə müəssisə, ortaqlıq və birləşmə fəaliyyətlərində iştirak edirlər.

2innovationvalue

Məsələ #3: Qanunvericilikdəki dəyişikliklərə əməletmə

Qanunvericilik tələblərinə əməletmə xüsusilə Cənub-Şərqi Asiya, Hindistan və Latın Amerikası kimi yeni bazarlarda olduqca əhəmiyyətli məsələdir. Tələblərin yerinə yetirilməməsi böyük xərclərə səbəb ola bilər: şirkət gəlir itkisinə, nüfuz riskinə, müştərilərin təhlükəsizliyi ilə bağlı problemlərə və ya daha pis halda fərdi işçilərə tətbiq olunan cinayət sanksiyalarına məruz qala bilər ki, bu da gələcəkdə biznes vahidi və ya şirkət üçün bütövlükdə risk yarada bilər. Bioloji elmlər sektorunda çalışan böyük və ya kiçik şirkətlərin üzləşdiyi əməletmə məsələlərinə dövlət siyasətləri və tapşırıqları, dərman vasitəsinin təhlükəsizliyi, saxtalaşdırma, informasiya təhlükəsizliyi, əqli mülkiyyətin qorunması, korrupsiya, birləşmələr və satınalmalar/BM və üçüncü tərəflərlə bağlı digər risklər aiddir.

3regulatorychanges

Məsələ #4: Kiçik və əlaqəli dünyada fəaliyyət

Qlobal bioloji elmlər sektorunun iştirakçıları imkanların və çətinliklərin olduğu daha kiçik və əlaqəli dünyada fəaliyyət göstərirlər. İnkişafın hərəkətverici qüvvələri kimi əhalinin yaşlanmasını, xroniki xəstəliklərin artmasını, texnoloji irəliləyişləri və innovativ məhsulları, eləcə də dövlət maliyyələşdirməsinin və sığorta təminatının artması daxil olmaqla, səhiyyə islahatlarının müəyyən gözlənilən nəticələrini göstərmək olar. İnkişafın zəifləməsi və digər təzyiqlər səbəbindən bir çox şirkətlərin yeni bazarlara daha ehtiyatla yanaşmasına baxmayaraq, belə bazarlardakı imkanlar hələ də hərəkətverici qüvvə kimi qalmağa davam edə bilər.

4smallerandconnectworld

John Rhodes (DTTL) bildirib: “Ümidverici iqtisadi və demoqrafik tendensiyaların olmasına baxmayaraq bioloji elmlər sektorunun şirkətlərinin inkişaf perspektivlərinə bir sıra mürəkkəb bazar və müəssisə məsələləri əngəl törədir. Bu sektor həkimlərə yardımçı və istehlakçılara faydalı olan innovativ, fərqli məhsul və xidmətlər təklif etmək üçün qlobal bilik və resursları yeni texnologiyalarla birləşdirməklə müvafiq şəkildə cavab tədbiri görə bilər.
Ətraflı məlumat üçün hesabatı yükləyin.

2014-cü il üzrə qlobal səhiyyə sektoru üzrə proqnozlar hesabatı
Did you find this useful?