Perspektivlər
Aviakosmik və Hərbi Sənaye üzrə Qlobal Proqnozlar (2014)
Kommersiya məqsədli aviakosmik və hərbi sənayedə davamlı geriləmələr üzrə növbəti ən yüksək göstəriciyə malik il gözlənilir
Deloitte Touche Tohmatsu Limited-in Emal Sənayesi üzrə Qlobal Qrupu Aviakosmik və Hərbi Sənayenin Qlobal proqnozlarına dair bu ilin hesabatını dərc etmişdir və hesabatda 2014-cü ildə ümumilikdə sənaye üzrə 5 faiz həcmində gəlir artımının gözlənildiyi bildirilir. Kommersiya məqsədli aviakosmik sektorda həm platforma səviyyəsində, həm də təchizatçı bazası baxımından ən yüksək istehsal ilə əhəmiyyətli gəlir və mənfəət artımının davam edəcəyi gözlənilir. Digər tərəfdən qlobal hərbi sənayedə gəlir və mənfəət üzrə geriləmələr proqnozlaşdırılır.
Aviakosmik və Hərbi Sənaye üzrə Qlobal Proqnozlar (2014): Əsas nəticələr
• 2014-cü ildə Aviakosmik və Hərbi Sənaye üçün ümumilikdə 5 faiz həcmində gəlir artımı gözlənilir.
• Hərb sənayesi şirkətləri üçün qlobal gəlirlərdə mənfi dinamika müşahidə edilir – 2012-ci ildə 1.3 faiz, 2011-ci ildə isə 1.9 faiz azalma baş vermişdir. 2013-cü ildə belə şirkətlər üçün qlobal gəlirlərin son iki ildə müşahidə edilən səviyyədə, təxminən mənfi 2.5 faiz həcmində olacağı gözlənilir.
• Dünya üzrə hərbi xərclərin həcmi İraq və Əfqanıstanda silahlı qarşıdurmaların zəifləməsi və hərbi baxımdan fəal olan bir çox dövlətlərin maliyyə problemləri səbəbindən azalmaqdadır. Lakin dünyanın müəyyən bölgələrində, xüsusilə Yaxın Şərq, Hindistan, Çin, Rusiya, Cənubi Koreya, Braziliya və Yaponiyada isə hərbi xərclər artmaqdadır.
• 2014-cü ildə kommersiya məqsədli aviakosmik subsektorda ikiqat artımın olacağı gözlənilir.
İnfoqrafiki buradan yükləyə bilərsiniz.
Aviakosmik və Hərbi Sənaye üzrə Qlobal Proqnozlara dair mətbuat yayımı (2014)
Deloitte-in hesabatına görə 2014-cü ildə aviakosmik və hərbi sənayedə 5 faiz artımın olacağı, texnoloji yeniliklərin isə üstünlük təşkil edəcəyi gözlənilir.
Hesabatda hərbi xərclərin azalmasına və kommersiya məqsədli aviakosmik sahədə istehsalın rekord göstəricilərinə dair icmal təqdim olunur.