Təfərrüatlar

Kimya sənayesində birləşmə və udulma fəaliyyəti üzrə qlobal proqnozlar (2014)

2014-cü ildə kimya sənayesi üzrə M&A fəaliyyətində artım gözlənilir

Deloitte Touche Tohmatsu Limited-in Emal Sənayesi üzrə Qlobal Qrupu Kimya sənayesində qoşulma və birləşmə fəaliyyəti üzrə qlobal proqnozlar (2014) ilə bağlı bu ilin hesabatını dərc etmişdir. Bu hesabatda emal sənayesi üzrə mənfəətli imkanlara, incə üzvi sintezli məhsulların davamlılığına və Şimali Amerikada portfelin təkrar tənzimlənməsinə görə 2014-cü ildə qlobal kimyəvi fəaliyyətdə artımın olacağı ilə bağlı proqnozlar təqdim olunur. Həmçinin, hesabatda M&A fəaliyyətinin də 2014-cü ildə inkişafı proqnozlaşdırılır ki, bunun da səbəbi aqrokimyəvi maddələr, bio əsaslı/ekoloji təmiz kimyəvi maddələr, eləcə də sağlamlıq və qidalanma daxil olmaqla, şirkətlərin əsas satış bazarlarına daha çox yönəlməsidir. Regional M&A fəaliyyətində diqqət çəkən əsas məsələlər aşağıdakılardır:

• ABŞ-dakı kimya müəssisələri M&A fəaliyyəti ilə bağlı səylərini dövriyyədə olan əmtəə platformalarına nisbətən qlobal kimya bazarında müxtəlifçeşidli məhsullar təklif edən inkişaf investisiyalarına daha çox yönəldirlər. Deloitte-in hesabatında 2014-cü ilin birinci yarısında iri sövdələşmələrin davam edəcəyi bildirilir.

• Avropanın iqtisadiyyatı stabil, lakin hələ də zəif olduğu üçün bu bölgənin kimya müəssisələrinin M&A fəaliyyəti üzrə proqnozlar dəyişməz qalır. Bundan əlavə, Asiyanın rəqabətinin artması, eləcə də ABŞ-da azxərcli istehsal mühiti Avropanın bir çox kimya müəssisələri üçün artım perspektivlərinə təsir göstərməyə davam edir. Şəxsi kapital, o cümlədən aktivlərin və səhmlərin satışı da 2014-cü ildə bölgənin M&A fəaliyyətində rol oynayacaq.

• Asiyanın Sakit Okean bölgəsi üzrə əməliyyat fəaliyyətində hələ də Çin irəlidədir. 2014-cü ildə M&A fəaliyyəti üzrə investisiyalar artımın qüvvətlənməsində mühüm rol oynayacaq. Hesabata əsasən, qlobal kimya müəssisələri yüksək keyfiyyətli proqramlar, məhsul xətləri və texnologiyalar ilə bağlı Çində yeni bazar imkanlarından yararlanmağı planlaşdırırlar.

• 2014-cü ildə Latın Amerikasının kimya bazarında incə üzvi sintez seqmentinin daha da möhkəmlənməsi ehtimal edilir. Hesabatda şirkətlərin birgə səyləri həyata keçirməyə, əməliyyat effektivliyi əldə etməyə və 2014-cü ildə rəqabət qabiliyyətini daha da artırmağa yönələcəyi nəzərdə tutulur.

• Hesabatda Yaxın Şərqdə kimya sənayesi ilə bağlı kompleks perspektivlərin proqnozu təqdim olunur, lakin M&A fəaliyyətində ümumilikdə orta səviyyəli artım gözlənilir.

 

Ətraflı məlumat üçün infoqrafiki yükləyin.

Kimya sənayesində qoşulma və birləşmə fəaliyyəti üzrə qlobal proqnozlar (2014)
Did you find this useful?