Hot air balloon

Təfərrüatlar

İnkişafın bərpası

Qabaqcıl Material Emalı Sistemləri

Qarşılanmayan qobal ehtiyacları və tələbləri ödəmək məqsədilə funksional həllərin hazırlanması inkişafın və səhmdarların mənfəətinin təmin edilməsi, eləcə də yeni, fərqli və qoruna bilən təkliflərlə rəqabətdə fərqlənmək üçün görünməyən imkanlar açır. Material emalı və kimya sənayelərində dəyişkən gəlirlərlə bağlı müşahidə edilən bir neçə ildən sonra bu sahələrdə inkişafın bərpası üçün müəyyən yanaşmalar tətbiq olunmalıdır.

İnkişafın bərpası: Qabaqcıl Material Emalı Sistemləri innovasiyaların yeni elementləri və materialları geridə qoyduğu material emalı texnologiyaları vasitəsilə imkanların iri bazarlarda reallaşdırılması məqsədilə emal sənayeləri üçün yeni yanaşmanın təsvirini təmin edir.

Mətn ilə tanış olun

Qabaqcıl Material Emalı Sistemləri və ya QMES adlı bu yanaşma funksional həllər tələb edən bazar və müştərilər üçün belə həllərin təmin olunması ilə inkişafa, dəyərin yaradılmasına və yeniliklərin tətbiqinə imkan yaradır. QMES çərçivəsi material birləşmələrindən, proses texnologiyalarından, biznes modellərindən, tərəfdaşlıq və əməkdaşlıqlardan yararlanmağı təklif edir. Əsas məsələ budur ki, qlobal meqatendensiyalar funksional həllər vasitəsilə yeni bazarlardan yararlanmaq üçün mühüm imkanlar yaratmışdır və yeni element və materialların aşkar edilməsindən fərqli olaraq belə həllər sistemlərin işlənib hazırlanması vasitəsilə həyata keçirilə bilər. Bu tədqiqat kompleks, inkişaf edən perspektivdə dəyərin yaradılması və tətbiqi məqsədilə QMES ekosisteminin, müxtəlif sənaye sahələrinin və dəyər zənciri məntəqələrinin iştirakçıları üçün fəaliyyətə çağırışdır.

İnkişafın Bərpası: Qabaqcıl Material Emalı Sistemləri

Back to Chemicals 

Did you find this useful?