Həllər

Qoşulmalarla bağlı yoxlamalar

Heyətimiz yerli və beynəlxalq korporativ və şəxsi kapitalda payı olan müştərilərimizə xüsusi yoxlamalar və əlaqəli birləşmə və qoşulma əməliyyatları təqdim edir. Qoşulma ilə bağlı yoxlamalar gələcək alıcını hədəf barədə obyektiv məlumat ilə təmin edir və gözlənilən əməliyyatla bağlı riskləri qiymətləndirir. Beləliklə də, təhlilimizin nəticələri hədəflə müzakirələr zamanı və təklif olunan alış qiymətinə düzəliş edərkən alıcıya yardımçı ola bilər.

Əməliyyatın yaranmasından və təhlilindən başlayaraq hərtərəfli maliyyə yoxlamasına qədər kommersiya yönümlü dəstəyimiz zamanı biz satınalma və ya kredit vermə əməliyyatları ilə bağlı yüksək səviyyəli təhlil aparmaq məqsədilə kommersiya, əməliyyat və İT yoxlamaları üzrə ixtisaslaşmış və inteqrasiya olunmuş heyətləri bir araya gətiririk.

Biz xüsusi sövdələşmələr və əlaqəli xidmətlər, eləcə də ətraflı yoxlamalar aparmaqla həm korporativ, həm də şəxsi kapitalda payı olan müştərilərimizə əməliyyatdan maksimum faydalanmağa köməklik edirik. Məqsədimiz müştərilərimizə rəqabət üstünlüyü əldə etməyə yardımçı olan əlavə xidmətlər göstərməklə sadəcə maliyyə yoxlaması deyil, daha geniş həcmli əməliyyatı təmin etməkdən ibarətdir.

Müştərilərimiz bütün əməliyyatlar üzrə rahat və sərbəst xidmətlər əldə etmək üçün Deloitte şəbəkəsinin sənaye və xidmət üzrə ekspertlərinin müvafiq təcrübəsindən faydalanırlar.

 

Korporativ maliyyə əməliyyatları ilə əlaqədar daha ətraflı məlumat əldə edin