Həllər

Təhcizatçılara dəstək

Təhcizatçıların yoxlanması 

Biz tender iştirakçılarına yüksək keyfiyyətli, müstəqil və xüsusi maliyyə yoxlaması hesabatını təqdim edirik. Bu bütün iştirakçıların əminliklə təklif verməsi üçün lazımi məlumata malik olmalarını təmin edir. Təchizatçılar tərəfindən təklif olunan yoxlamalar şirkətin dəyərini artırır, dağılmaları azaldır və daha sonra satış prosesində gözlənilməz sürprizlərin yaranması riskini minimuma endirir. 

Təhcizatçılara dəstək

Mürəkkəb və qeyri-sabit bazarlarda rəhbərlik öz strateji imkanlarını mütləq nəzərdən keçirməyə çalışır və burada nəzərdən keçirilməli nəticələrdən biri likvidasiya ola bilər. Qərar qəbul edildikdən sonra, nəticənin optimallaşdırılması çətin olmaqla yanaşı çox vaxt apara bilər.  

Təchizatçıya dəstək çərçivəsində bir sıra əlaqəli xidmətlər təklif olunur. Biz likvidasiya prosesindəki məsələləri müəyyən etmək və həll etmək üçün sizin heyətlə sıx əməkdaşlıq edirik eləcə də xüsusilə sizin tələblərə uyğunlaşdırılmış bir qrup xidmətlər təklif edirik. 

Biz xüsusi sövdələşmələr və əlaqəli xidmətlər, eləcə də ətraflı yoxlamalar aparmaqla həm korporativ, həm də şəxsi kapitalda payı olan müştərilərimizə əməliyyatdan maksimum faydalanmağa köməklik edirik. Məqsədimiz müştərilərimizə rəqabət üstünlüyü əldə etməyə yardımçı olan əlavə xidmətlər göstərməklə sadəcə maliyyə yoxlaması deyil, daha geniş həcmli əməliyyatı təmin etməkdən ibarətdir.
Müştərilərimiz bütün əməliyyatlar üzrə rahat və sərbəst xidmətlər əldə etmək üçün Deloitte şəbəkəsinin sənaye və xidmət üzrə ekspertlərinin müvafiq təcrübəsindən faydalanırlar.

Korporativ Maliyyə Əməliyyatları haqqında daha ətraflı öyrən