Integrated service offerings

Həllər

Kompleks xidmət təklifləri

Kompleks xidmət təklifləri biznes prosesləri və sistemləri, məsuliyyət və səlahiyyət sahələrini, korporativ mədəniyyət və təşkilatı strukturu eləcə də informasiya sistemlərini əhatə etməklə şirkətiniz üçün fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tapşırıqların həyata keçirilməsi ilə bağlı hərtərəfli yanaşmaya əsaslanır.

Biz Sizə aşağıdakı biznes sahələrini əhatə edən kompleks həllərin tətbiqində lazımi dəstək göstərməyə hazırıq:

  • Müəssisə üzrə xərclərin azaldılması
  • Kapital layihəsinin idarə edilməsi
  • Texniki xidmət prosesinin gücləndirilməsi
  • İnzibati şöbənin funksiyalarının optimallaşdırılması

Bundan əlavə, heyətimiz xüsusilə aşağıdakı sahələrdə fəaliyyət göstərən şirkətlərə spesifik sənaye həllərinin tətbiqində mühüm təcrübəyə malikdir:

  • Neft və qaz istehsalı və emalı
  • Maliyyə
  • İdman
  • Ətraf mühitin idarə edilməsi.

Əksər müəssisələr törəmə müəssisələr tərəfindən iri investisiya layihələrinin həyata keçirilməsi üçün ana müəssisədə korporativ prosedurların kifayət qədər sərbəst olmaması, infrastruktur olmaması səbəbindən layihə üzrə texniki çətinliklər, coğrafi məsafə, kəskin iqlim, pis keyfiyyətli layihə idarəçiliyi və layihə idarəetmə alətləri, riskin idarə edilməsi sistemlərinin və ixtisaslaşmış müvafiq kadrların olmaması kimi müxtəlif problemlərlə qarşılaşırlar.

Daha ətraflı...

Kapital layihəsinin idarə edilməsi

Texniki xidmət və təmirin idarə edilməsi effektivliyi sənaye müəssisələrinin əksəriyyəti üçün mühüm məsələdir.

Bir çox hallarda, əvvəllər müəyyən edilmiş təmir və texniki xidmətin idarə edilməsi sistemləri aidyyatı xərclər nəzərə alınmadan mərkəzi qaydada planlaşdırılmış istehsal həcminin təmin edilməsi üçün nəzərdə tutulmuşdur ki, bu da bazar iqtisadiyyatı şəraitində heç də əlverişli deyil.

Daha ətraflı...

Texniki xidmət prosesinin gücləndirilməsi

Böhranın başladığı dövrdən etibarən əksər Azərbaycan şirkətlərində xüsusilə də maliyyə, insan resursları, hüquq və İT kimi köməkçi funksiyalar üzrə əlavə xərclərin artması müşahidə olunur.

Çox vaxt köməkçi funksiyalar üzrə xərclərin azaldılmasına səbəb olan təşkilat transformasiyaların həyata keçirilməsi çox çətin olur. Yalnız köməkçi funksiyalar üzrə xərclərin optimallaşdırılmasına yönəlmiş təşəbbüslər mühüm əhəmiyyət daşıyacaq və strateji məqsədlərlə əlaqəli olduqda uzunmüddətli təsir göstərməklə yaxşı düşünülmüş plan əsasında reallaşdırılacaq.

Daha ətraflı...

İnzibati şöbənin funksiyalarının optimallaşdırılması

Deloitte neft və qaz sahəsində konsaltinq xidmətləri üzrə qlobal liderdir və bizim heyətimiz qlobal təcrübəyə malik ixtisaslaşmış mütəxəssislərdən ibarətdir. Bu sahədə biz əksər Rusiya və Qazaxıstan şirkətləri, eləcə də yaxın Şərqdəki, Avropa və Latın Amerikasındakı ən iri enerji şirkətləri ilə işləyirik. Təcrübəmiz neft və qaz sektorundakı bütün əsas sahələri əhatə edir. Bu neft və qazın işlənməsi, kəşfiyyatı, hasilatı, nəqli, emalı və satışı xidmətlərini, eləcə də neft yataqları ilə bağlı digər xidmətlərini əhatə edir.

Daha ətraflı...

Neft və qaz sektorundakı şirkətlər üçün xidmətlər

Bank və maliyyə xidmətləri sektorundakı şirkətlərə konsaltinq xidmətləri göstərən xüsusi praktikamız ən qabaqcıl yerli və beynəlxalq şirkətlərlə birgə iş üzrə mühüm təcrübəyə malikdir.

Daha ətraflı...

Maliyyə sektorunda çalışan şirkətlər üçün xidmətlər

15 ildən artıqdır ki, Deloitte idman şirkətlərinə xidmətlərin göstərilməsi və FİFA çempionatlar komitələrinin, NHL, Olipiya Oyunları, Formula 1 yarışmaları və digər iri idman tədbirlərinin təşkili üzrə güclü beynəlxalq məsləhətçilər və ekspertlər qrupu yaratmışdır.

Daha ətraflı...

İdman təşkilatları üçün xidmətlər

Deloitte şirkətinin ətraf mühitlə bağlı problemləri müəyyən vaxtlıq həll etməyə çalışan ABŞ, Kanada, Yaponiya, Hollandiya kimi ölkələrdə eləcə də bu sahədə yeni olan ölkələrdə dövlət və kommersiya təşkilatları ilə birgə iş sahəsində geniş təcrübəsi vardır. Deloitte-un əsas üstünlüyü müxtəlif ölkələrdən qlobal ətraf mühitin idarə edilməsi praktikası üzrə xüsusi bilik və təcrübəyə malik olan layihə ekspertlərini cəlb etmək bacarığıdır.

Daha ətraflı...

Ətraf mühitin idarə edilməsi ilə bağlı xidmətlər

Əməliyyatlar səhifəsinə qayıt