Service Operations Offerings

Həllər

Xidmət əməliyyatları üzrə təkliflər

Müəssisənin Tibb sahəsində həllər sistemi (EHS)

Müəssisənin Tibb sahəsində həllər sistemi (EHS) inzibatçılar, həkim-məsləhətçilər və əməliyat rəhbərləri ilə işləyirlər belə ki, onlar inteqrasiya olunmuş maliyyə məlumatı sistemlərinə miqrasiya edir ki, bu da pasientə yüksək səviyyəli qulluğu, inzibati baxımdan xərclərin effektivliyini, EHS-dan müvafiq istifadə qaydalarını dəstəkləyir. 

Tibbi və Əməliyyat Effektivliyi

Dünya üzrə tibb müəssisələri müştərilərin tələblərinə cavab verməklə yanaşı, öz biznes dəyərlərini qoruyub saxlamağa səy göstərirlər. Deloitte-un Tibb Müəssisələrinin Fəaliyyətinin Təkmilləşdirilməsi praktikası biznes imkanlarını genişləndirmək, mənfəətliliyi, məhsuldarlığı və fəaliyyətin effektivliyini artırmaq üçün bu sahənin xidmət təminatçıları ilə yaxından əməkdaşlıq edir. Deloitte-un adı çəkilən praktikası biznes modellərinin konfiqurasiyası, proseslərin və təşkilati strukturun qurulması üzrə ixtisaslaşmışdır ki, bu da müştərilərin investisiyalardan əhəmiyyətli gəlirlər əldə etməsinə yardımçı olur.

Fəaliyyətin təkmilləşdirilməsi:
• Xidmət qabiliyyətinin və fəaliyyət nəticələrinin optimallaşdırılması: Resurslardan istifadəni optimallaşdırmaq məqsədilə proseslərin, əməliyyatların və siyasətlərin yenidən planlaşdırılması. 
• İmkanların planlaşdırılması və bölüşdürülməsi: Artıq xərcləri azaltmaq və yüksək tutumlu sahələrin inkişafına şərait yaratmaq üçün imkanların tələblərə daha da uyğunlaşdırılması.
• Ümumi və kənar xidmətlər: İnzibati və dəstək xidməti sahələrində miqyasın, effektivliyin artırılması və nəticələrin uyğunluğunun yaxşılaşdırılması
• Kadrların idarə olunması: İşçi qüvvəsini ixtisar etmədən maliyyə nəticələrinin təkmilləşdirilməsinə imkan yaratmaq üçün proseslərin yenidən planlaşdırılmasının kadrların təbii azalmasına uyğunlaşdırılması


Gəlir dövrəsi:
• Kompleks transformasiya: Proseslərin yenidən planlaşdırılması, texnologiyaların təkmilləşdirilməsi, təşkilati strukturukların və fəaliyyəti idarəetmə yanaşmalarının qurulması
• Gəlir dövrəsi alətləri: İş proseslərinin avtomatlaşdırılması və əlavə tətbiqi proqramlar vasitəsilə hesabat sisteminin təkmilləşdirilməsi
• Gəlir dövrəsi sistemlərinin tətbiqi: Siemens, Epic, Eclipsys və GE/IDX daxil olmaqla baza sistemlərin tətbiqi və optimallaşdırılması
• Xərclərin tamlığı/Ödəmələr: Xalis gəlirin artırılması üçün orta gəlir dövrəsi metodologiyalarının və proseslərin təkmilləşdirilməsi
• Müştəri xidmətinin keyfiyyəti: Çoxtərəfli yanaşmanın tətbiqi ilə müştəri yönümlü strateji konsepsiyanın hazırlanması/təqdim edilməsi
• Müştərilərin kəmiyyəti: Gəlir dövrəsini və kliniki fəaliyyəti təkmilləşdirərək kompleks yanaşmanın tətbiqi ilə imkanların və müştəri sayının artırılması
• Qanunvericilik və ona əməletmə ilə bağlı risk: Əsas sistem və proseslər üzrə risklərin və onların tətbiqinin qiymətləndirilməsi/nəzarəti

Həkim və ambulator xidmətlər:
• Əməliyyat modelinin yenidən planlaşdırılması: Həkimlərin cəlb olunması, qruplaşdırma, qərarvermə hüquqları və  həvəsləndirmə strukturu əsasında əməliyyat modelinin qurulması
• Marjanın artırılması: Müqavilə sisteminin, fəaliyyət nəticələrinin və ödəmə modellərinin təhlili, fəaliyyətin və gəlir dövrəsi üzrə idarəetmənin təkmilləşdirilməsi
• İnkişaf və innovasiya: Şəbəkənin optimallaşdırılması, birləşmə/qoşulma/digər şirkətin nəzarətinə keçmə strategiyası, loyallıq və işçiləri saxlama proqramları, eləcə də qayğı proqramları ilə bağlı məsləhətlərin verilməsi

Bank Əməliyyatları

Qlobal maliyyə böhranından sonra banklar və qiymətli kağızlar üzrə ixtisaslaşan təşkilatlar risklər, xərclər və inkişaf arasında balansı saxlamağa çalışırlar.  Deloitte-un Bank Əməliyyatları Praktikası əməliyyatların optimallaşdırılması və təkmilləşdirilməsi, o cümlədən kompleks məhsul prosessinqi, qanunvericilikdə dəyişikliklər, əməliyyat riskinin idarə edilməsi və infrastrukturun yaxşılaşdırılması yolu ilə fəaliyyət və bazar mövqeyini gücləndirməkdə bank və qiymətli kağızlarla çalışan təşkilatlara yardımçı olur.

Xidmətlər
• Əməliyyatların təkmilləşdirilməsi — Yeni müştərilərin idarə olunması və onlarla münasibətlərin qurulması kimi proseslərin təkmilləşdirilməsi xidmətləri. Həmin proseslərlə bağlı əməliyyatlar üzrə vaxt və xərclərin optimallaşdırılması.
• Əməliyyatların inteqrasiyası — Müxtəlif departamentləri və əməliyyat modeli sahələrinin inteqrasiyası və uyğunlaşdırılması ilə bağlı xidmətlər.
• Əməliyyat modelinin qurulması — Cari əməliyyat modelinin təhlili və müəssisə üçün yeni əməliyyat modelinin qurulması/tətbiqi
• Müştəri xidməti keyfiyyətinin qaldırılması  — Satış prosesindən başlayaraq müştəri xidmətinə qədər bankların müştəriləri ilə əlaqələrin yaxşılaşdırılması üçün göstərilən xidmətlər
• Xidmət prosesinin keyfiyyətinə nəzarət — Keyfiyyətin və proseslərin qanunvericilik və əməletmə tələblərinə uyğunluğunun təmin edilməsi ilə bağlı xidmətlər
• Biznes prosesinin planlaşdırılması, uyğunlaşdırılması və avtomatlaşdırılması — Bankların biznes funksiyaları üzrə nəticələrin təkmilləşdirilməsi və onların əməliyyat modeli/strategiyası ilə uyğunlaşdırılması ilə bağlı xidmətlər. Buraya proseslərin robotlaşdırılması və rəqəmsallaşdırma xidmətləri vasitəsilə fəaliyyət nəticələrinin təkmilləşdirilməsi daxildir.
• Biznes modelinin qurulması — Xidmətlərin təkmilləşdirilməsi üçün biznes modelləri qurmaqla şirkətin imkanlarına dair anlayışın əldə edilməsi ilə bağlı xidmətlər

Subsektorlar:
• Pərakəndə bankçılıq: Banklar fiziki şəxs olan müştərilərə xidmətlər göstərir. Əsas sahələr müştəri xidmətləri, ödənişlər/əməliyyatlar və kreditlərdir.
• Hüquqi şəxs olan müştərilərə xidmət: Banklar (iri) şirkətlərə və müəssisələrə xidmət göstərir.
• Qiymətli kağızlar və kapital bazarı: Alınıb-satılan maliyyə aktivlərindən istifadə edən və belə aktivlərin alqı-satqısı ilə məşğul olan bankların ticarət fəaliyyətini əhatə edir. Məsələn, derivativ alətlər, istiqraz bazarı və əmtəə.
• Aktivlərin idarə edilməsi: Aktivlərin idarə edilməsi ilə məşğul olan şirkətlərin fəaliyyət sahəsi banklarınkından daha genişdir və belə müəssisə digər müəssisələr adından geniş miqyasda (maliyyə) aktivləri idarə edən hər hansı şirkət hesab oluna bilər. Məsələn, pensiya fondları kimi böyük investisiya fondları.

Dövlət Əməliyyatları praktikası

Müasir dövrdə dövlət müəssisələrinin xidmət səviyyəsi üçün müəyyən edilən tələblər tədricən özəl sektorun müəssisələri üçün nəzərdə tutulan tələblərlə ilə bərabərləşir.
 
Deloitte-un Dövlət Əməliyyatları praktikası, adətən, müasir texnologiyalardan istifadə edərək gəlirliliyin, fəaliyyət nəticələrinin artırılmasında, biznes imkanlarının genişləndirilməsində, o cümlədən müştərilər və inzibati vəzifələr ilə bağlı əməliyyatların optimallaşdırılmasında hökumət təşkilatlarına yardımçı olur.

Xidmətlər:
• Biznes modelinin qurulması — xidmətdə dəyişiklik modelinin qurulmasında hökumət müştərilərinə yardımçı olmaq üçün keyfiyyət və kəmiyyət təhlilinin aparılması ilə bağlı xidmətlər
• Biznes Tələblərinin Müəyyən edilməsi — Texnologiyalara keçid üzrə iri miqyaslı layihələr çərçivəsində biznes tələblərinin müəyyən edilməsi ilə bağlı xidmətlər
• Əməliyyat modelinin qurulması — Yenilənmiş və/və ya rəqəmsallaşdırılmış hökumət xidmətləri üzrə yeni əməliyyat modellərinin qurulması ilə bağlı xidmətlər
• Prosesin yenidən qurulması — Vətəndaşlarlar əlaqəli və daxili dövlət proseslərinin təkmilləşdirilməsi ilə bağlı xidmətlər
• Proqram idarəetməsi — Transformasiya ilə bağlı iri miqyaslı dövlət layihələrinin planlaşdırılması, icrası və nəzarəti xidmətləri
• Proqramların təhlili/qiymətləndirilməsi — Hökumət proqramlarının səmərəliliyinin və effektivliyinin təhlili və proqramların icrasının müvafiq tələblərə və dövlətin ümumi prioritetlərinə uyğun olub-olmaması ilə bağlı xidmətlər
• Fəaliyyət nəticələrinin təkmilləşdirilməsi/Xərclərin optimallaşdırılması — Dövlət əməliyyatları və xidmətləri üzrə nəticələrin effektivliyinin təkmilləşdirilməsi və xidmət xərclərinin optimallaşdırılması ilə bağlı xidmətlər

Subsektorlar:
• Təhsil: K-12 təhsil, Ali təhsil, Əlavə təhsil
• Sosial xidmətlər: Uşaqlar, gənclər, böyüklər və yaşlı nəsil üçün sosial təminat, peşəkar hazırlıq və child enforcement xidmətləri
• Nəqliyyat: Federal, Ştat/Əyalət və Yerli hökumət, Nəqliyyat agentlikləri, İctimai nəqliyyat müəssisələri
• Təbii ehtiyatlar: Təbii ehtiyatların və ətraf mühitin qorunması
• Ədliyyə/Hüquq-mühafizə/Müdafiə: Asayişin qorunması, Cinayət məhkəməsi, İslah işləri, Müdafiə, Milli təhlükəsizlik, Sərhəd xidməti

Sığorta Əməliyyatları praktikası

Sığorta şirkətləri müştəri tələblərinin, iqtisadi və hüquqi mühitdəki qeyri-müəyyənliyin artması, yeni texnologiyaların və kanalların ictimaiyyət tərəfindən daha asan qəbul edilməsi ilə müşayiət olunan dəyişkənliklərlə üzləşir. Deloitte-un Sığorta Əməliyyatları praktikası əməliyyatları müştəri əlaqələrinin müəyyən olunması və inkişafına, yüksək keyfiyyətdə xidmətin göstərilməsinə və müştəri məmnunluğunun əldə olunmasına yönəldərək vahid satış və xidmət sistemini yaratmaqda sığorta müəssisələrinə yardımçı olur. 

Xidmətlər:
• Proqram rəhbərliyi — Sığorta şirkəti üçün strategiyanın real aktiv dəyərinin yaradılmasına tətbiqi məqsədilə proqram və layihələr portfelinin idarə olunması və icrası ilə bağlı xidmətlər
• Əməliyyat modelinin transformasiyası — Sığorta şirkətləri üçün müştərilərlə iş departamenti, əməliyyat departamenti və ya müəssisə nin əməliyyat modellərinin planlaşdırılması və icrası ilə bağlı xidmətlər. Buraya xərclərin optimallaşdırılması, yüksək peşəkarlıq və müəssisənin fəaliyyətinin idarə edilməsi şamil olunur.
• Rəqəmsal və Qabaqcıl Analitika — Korporativ və müştəri məlumatlarının tam başa düşülməsinin qabaqcıl analitik texnologiyalar vasitəsilə reallaşdırılmasında müştərilərə dəstək
• Qanunvericiliyə əməletmə — sığorta sahəsi qaydalarının (məs., ödəmə qabiliyyəti haqqında direktiv II) düzgün yerinə yetirilməsinin təmin edilməsi və effektiv əməletmənin rəqabət mühitindəki üstünlük kimi istifadə edilməsi ilə bağlı xidmətlər
• Sığorta texnologiyası — Strateji sığorta texnologiyasının bütün sahələrinin (məs., əsas sığorta sisteminin qiymətləndirilməsi və seçilməsindən başlayaraq məlumat mərkəzinin konsolidasiyası və saxlanılan İT strukturunun tərtibatına qədər) dəstəklənməsi ilə bağlı xidmətlər
• Qlobal maliyyə transformasiyası — BMD mövqeyinin 4 tərəfi (İdarəçi, Nəzarətçi, Dəyişikliklər üçün məsul şəxs, Strategiya üzrə mütəxəssis) üzrə Maliyyə təşkilatının fəaliyyət effektivliyinin artırılmasına dair tövsiyələrin verilməsi və onları tətbiqi ilə bağlı xidmətlər
• Qoşulmalar və birləşmələrlə bağlı xidmətlər — Qoşulma və birləşmə üzrə məsləhətləşmədən başlayaraq maliyyə yoxlamasına, səhmlərin ayrılması və qoşulmadan sonrakı inteqrasiya xidmətlərinə qədər Maliyyə Məsləhəti prosesinə dəstək

Subsektorlar:
• Ümumi sığorta: Həyat sığortasına aid olmayan bütün sığorta növlərini əhatə edir. Məsələn, əmlak sığortası, bədbəxt hadisələrdən sığorta, dəniz nəqliyyatı sığortası, nəqliyyat vasitələrinin sığortası və s.
• Təkrarsığorta: Sığorta şirkətləri özlərinə məxsus risk portfelini bütünlükdə və ya qismən digər müəssisəyə ötürür. Təkrarsığortanın növlərinə aiddir: fakultativ, obliqator, mütənasib/qeyri-mütənasib
• Həyat sığortası: Müəyyən olunmuş məbləğin sığorta polisi sahibinin ölüm halında  konkret benefisiara ödənilməsi. Sığorta polisləri fərdi və ya korporativ proqramın bir hissəsi ola və ağır xəstəliklərə qarşı sığortanı təmin edə bilər.
• Tibbi sığorta: Sığorta müqaviləsi/proqramı üzrə razılaşdırılmış şərtlərdən asılı olaraq sığorta polisi sahibinin çəkdiyi tibbi xərcləri və ya onların bir hissəsini qarşılayan fərdi/ korporativ sığorta proqramları

Pərakəndə satış Əməliyyatları praktikası

İstehlakçılar pərakəndə satış müəssisəsi, məhsul, təchizat və qiymət baxımından kifayət qədər geniş seçim imkanlarına malik olduqları üçün ticarət müəssisələri müştəri loyallığının və məhsul çeşidi üzrə maliyyə nəticələrinin tənzimlənməsi sahəsində bir sıra çətinliklərlə üzləşir. Deloitte-un Pərakəndə satış Əməliyyatları praktikası həm pərakəndə satışı, həm də pərakəndə satışla bağlı əməliyyatları əhatə edir. Deloitte-un müvafiq qrupu pərakəndə satış müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq edərək aşağıdakılarla bağlı dəstək göstərir:

• Məhsul çeşidləri və ehtiyatların optimallaşdırılmasına şərait yaradacaq imkanların qurulması daxil olmaqla, satış və planlama fəaliyyətinin işçilər, proses və texnologiya üzrə qiymətləndirilməsi və idarə edilməsi
• Satış nöqtələri və kanalları üzrə mükəmməl əməliyyat strategiyalarının hazırlanması, təsdiqlənməsi və tətbiqi, o cümlədən ilk müştəri əlaqələrindən başlayaraq satışsonrası xidmətlərə qədər müştəri təcrübəsinin planlaşdırılmasında pərakəndə satış müəssisələrinə dəstəyin göstərilməsi

Xidmətlər:
• Ehtiyatların saxlanmasının və müştəri xidmətinin optimallaşdırılması — Fiziki olaraq məkanən, anbar fəaliyyəti üzrə resursların, proses və sistemlərin optimallaşdırılması vasitəsilə ehtiyatların saxlanması təcrübəsinin təkmilləşdirilməsi və gəlirliliyin artırılması ilə bağlı xidmətlər
• Məhsul axını və təchizat zəncirinin optimallaşdırılması  — Biznes vəzifələrini dəstəkləmək və arzuolunan müştəri təcrübəsi yaratmaq üçün düzgün təchizat zənciri strategiyalarının və həllərinin qurulması, təkmilləşdirilməsi və tətbiqi ilə bağlı xidmətlər
• Maliyyə transformasiyası — Maliyyə təşkilatının fəaliyyət effektivliyinin artırılmasına dair tövsiyələrin verilməsi və tətbiqi ilə bağlı xidmətlər
• Müəssisənin xərclərinin idarə edilməsi — Mənfəəti artırmaq və yeni rəqəmsal imkanlar üzrə təkrar investisiyalar üçün resursları azad etmək məqsədilə dəyər strukturunun təkmilləşdirilməsi və əməliyyat mürəkkəbliyinin azaldılması ilə bağlı xidmətlər
• Məhsulların təkmilləşdirilməsi, təchizatı və təchizatçılarla münasibətlərin idarə edilməsi — COGS-ların optimallaşdırılması, rəqabət qabiliyyətinin, eləcə də məhsul çeşidləri üzrə keyfiyyətin artırılması, o cümlədən əməliyyat modelinin transformasiyası, məhsulların təkmilləşdirilməsi, təchizatı, dəyər zəncirinin optimallaşdırılması və təchizat dairəsinin optimallaşdırılması ilə bağlı xidmətlər
• Satışın, Məhsul çeşidlərinin və Ehtiyatların optimallaşdırılması - İstehlakçı seçimlərinin çeşidlərinin, miqdarının artırılması və mal-material ehtiyatları mövqeyinin pərakəndə satış və satış kanalları daxilində optimal şəkildə müəyyənləşdirilməsi
• Qiymətqoyma və gəlirliliyin idarə edilməsi — Qiymətqoyma ilə bağlı kommersiya strategiyaları, proses və imkanların idarə edilməsi və onların müəssisənin biznes, marketinq, müştəri seqmenti və satış kanalı strategiyalarına uyğunlaşdırılması xidmətləri

Subsektorlar:
Müştərilər, Satış kanalları və Bazarlar:
• İnkişaf strategiyaları
• Pərakəndə satışın qlobal səviyyədə inkişafı
• Qoşulmalar və birləşmələr
• Müştəriyə çatdırılma/e-ticarət
• Anbar əməliyyatları
• Marketinq əməliyyatları
• Mobil kommersiya

Merçandayzinq, Planlama və Təchizat zənciri:
• Satışın, Məhsul çeşidlərinin və Ehtiyatların optimallaşdırılması
• Məhsulun tanındığı müddətdə qiymətinin optimallaşdırılması
• Təchizat zənciri və məhsul axını
• Firma yarlığı və əsas materialların təchizatı
• Merçandayzinq sistemləri

Əsas kontakt

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox