supply chain

Xidmətlər

Təchizat Zənciri

Böyüməni artırın və xərcləri azaldın

Biznes strategiyasının mükəmməllik səviyyəsindən asılı olmayaraq, əməliyyatlar düzgün aparılmadıqda yaranan vəziyyət bir o qədər ürəkaçan olmur.

Deloitte-un Təchizat Zənciri praktikası yüksək səviyyəli fəaliyyəti təmin etmək məqsədilə biznes strategiyasının təchizat zənciri ilə inteqrasiyası sahəsində şirkətlərə dəstək göstərməkdə lider mövqe tutur. Geniş sənaye təcrübəmiz yeni məhsulların hazırlanmasını, ehtiyatların idarə edilməsi strategiyası və kompleks tələbat planlamasını, resurs axtarışı və əmtəə idarəetməsini, istehsalın əhatə dairəsinə aid strategiya və əməliyyatlar, paylama şəbəkəsi və logistikanın optimallaşdırılması və davamlı inkişaf kimi sahələri əhatə edir. Biz sistemli yanaşmalardan, analitik imkanlardan istifadə edir və idarəetmə xidmətləri təklif edirik ki, bu da gəlirin artmasına, xərclərin azaldılmasına, cavab reaksiyasının müddətinin azaldılmasına və məhsuldarlığın artırılmasına imkan yarada bilər.

BMD xidmətləri

Maliyyə menecerləri üçün məsləhət xidmətləri

Bügünkü BMD-na 4 əsas sahədə dərin bilik tələb olunur: strateji inkişaf, nəzarət, əməliyyat idarəetməsi və innovasiyalar

Strateji Riskin Araşdırılması 

Strateji risklər – Biznes strategiyası ilə bağlı qərarlara təsir göstərən və ya belə qərarlar nəticəsində yaranan bu risklər müəssisənizin inkişafı və fəaliyyəti üçün böyük əhəmiyyətə malikdir. Forbes Insights tərəfindən Deloitte adından aparılmış son sorğuların nəticələrinə görə sorğu iştirakçılarının 81%-i strateji risklərin idarə olunmasına yönəldiklərini və nüfuzun onların narahatlığının əsas səbəbi olduğunu bildirmişlər.

Liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox