Perspektivlər
Qlobal Hərbi-Müdafiə sənayesi üzrə proqnozlar 2014
Adaptasiya, əməkdaşlıq və sərmayə
Ukraynadakı qeyri-sabit şərait Yaponiyanın öz mühafizəsini bərpa etmək səyləri və Çinin hərbi qüvvələrini davamlı olaraq gücləndirməsi və ABŞ-da müharibədən sonra müdafiə xərcləri və hərbi qüvvələrin strukturu barədə debatlar – bütün bu hadisələr uzunmüddətli qlobal hərbi-müdafiə qaydalarındakı dəyişiklikləri işıqlandırır. Bu dəyişikliklərin səbəbi nədir və dövlətlər buna necə reaksiya verir? Müdafiə sahəsində iri xərclərlə qarşılaşan və dəyişən təhlükəsizlik risklərini özündə əks etdirən inkişaf etməkdə olan qlobal iqtisadiyyat müdafiə sahəsinin planlaşdırılması və müvafiq xərclərlə bağlı dəyişiklikləri tələb edir.
2014-cü il üçün Qlobal Hərbi-Müdafiə sənayesi proqnozu Deloitte-un bu sənayesi üzrə qlobal peşəkarlar şəbəkəsinin ictimaiyyətə açıq olan məlumatın təhlilindən və dövlət və sənaye sahəsindəki rəsmi şəxslərlə müsahibələrindən əldə olunan təfərrüatları təqdim edir. Hesabatda milli müdafiə hesabları üzrə xərclərin hərbi-müdafiə sahəsi üzrə qlobal xərclərin 92%-ni təşkil etdiyi ictimaiyyətə məlum olan 50 dövlətin müdafiə nazirliklərinə təsir edən hazırkı qaydalar, praktikalar və tendensiyalar təhlil olunur. Nəticələr göstərir ki, adaptasiya, əməkdaşlıq və investisiyalar yaxın 10 illiyin ortalarında müdafiə sahəsi üzrə ən üstün idarəetmə strategiyalarıdır:
Uyğunlaşmaq: Müdafiə xərclərini yaradan iqtisadi və keçidlə bağlı təhlükələr
Növbəti 10 illiyin hərbi strategiyaları və investisiyaları dəyişən iqtisadi reallıqlara və təhlükəsizliyin yeni əsaslarına istinad edir, üstünlüklər isə ən yaxşı adaptasiya edən hərbi qurumlara veriləcəkdir.
Əməkdaşlıq etmək: Təhlükəsizlik və iqtisadi inkişafla bağlı yaranan yeni partnyorluqlar
Qarşılıqlı mənfəət üçün imkanların müəyyən edilməsi və bu imkanların iş münasibətlərinə çevrilməsi müdafiə nazirlikləri üçün rəqabət üstünlüyüdür.
Sərmayə qoymaq: Nazirliklər bacarıqların saxlanması üçün satınalmalar büdcəsini müdafiə edirlər
Müdafiə sahəsi üçün vəsaitlərin büdcəsi təzyiq altındadır və müdafiə nazirlikləri mühüm investisiyaların saxlanması üçün mühüm səy göstərirlər.
Terrorizmin və kiber-təhlükələrin yaratdığı və tələb etdiyi adaptasiya, əməkdaşlıq və investisiya kimi yeni strateji reallıqlar barədə daha ətraflı öyrənmək üçün tam hesabatı yükləyin.
Deloitte Consulting LLP-nin direktoru Jack Midgley və hesabatın müəllifindən müdafiə sahəsindəki xərclərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Deloitte Qlobal perspektivlər bloqunu oxuyun.