Tax and legal in Real Estate

Xidmətlər

İnşaat sahəsində Vergi və Hüquq

Mətn ilə tanış olun

Problem: Azərbaycanın daşınmaz əmlak bazarına daxil olarkən müəssisə üçün hansı təşkilatı formanı seçmək lazımdır?

Cavab: Biznes fəaliyyətinizin xüsusiyyətlərinə əsaslanmaqla Azərbaycan hüquqi müəssisəsini ya da (filialı olan və ya Azərbaycanda nümayəndəliyi olmayan)

Həlli: Deloitte Azərbaycan müəssisə seçimi təhlilini apara və sizi Azərbaycanda fəaliyyət üçün ən əlverişli seçimləri ilə bağlı ekspert məsləhəti ilə təmin edə bilər.

İlkin mərhələ:

yaranma və satınalma

Problem: Azərbaycanda daşınmaz əmlak biznesini necə maliyyələşdirmək olar? Bunun vergi təsiri necə olacaq?

Cavab: Müxtəlif seçimlər vardır. Onların hər birinin şəraitlərdən asılı olaraq biznesinizə mənfi təsir göstərə biləcək öz vergi nəticələri var.

Həlli: Deloitte Azərbaycan ölkədəki daşınmaz əmlak layihələrinə uyğunlaşdırılmış vergi baxımından effektiv maliyyə strukturlarının qurulması üçün xidmətlər təklif edir. Bununla da biz hər zaman mümkün vergi nəticələrini və risklərini azaltmaq üçün kompleks məsləhətlər veririk.

Problem: Azərbaycanın daşınmaz əmlak sektorundakı biznes əməliyyatlarına hansı vergilər şamil olunur?

Cavab: Müxtəlif faktorlardan asılı olaraq, sizin biznes fəaliyyətinizə Azərbaycanda tətbiq olunan mənfəət vergisi, ƏDV, əmlak vergisi və torpaq vergisi şamil oluna bilər.

Həlli: Deloitte Azərbaycan sizin müəssisəniz üçün (biznes əməliyyatlarının vergi baxımından səmərəli effektiv təşkili, dövlət vergi güzəştlərinin tətbiqi) vergiyə qənaət imkanlarını araşdıracaq və Sizə onlardan faydalanmaq imkanlarını izah edəcək.

Problem: İşçilərin xaricdən Azərbaycana transfer edilməsi nə dərəcədə çətindir və onların əmək haqqı strukturu necədir. Hansı problemlər gözlənilir?

Cavab: Bu sahədə Azərbaycan qanunvericiliyi kifayət qədər mürəkkəbdir. Sizin ən azı əmək və mülki hüquq məsələləri, immiqrasiya qaydaları və xarici işçilərin işə cəlb edilməsi üzrə vergi məsələləri ilə məşğul olacağınız ehtimal olunur.

Həlli: Deloitte Azərbaycanın xarici işçilərlə bağlı geniş iş təcrübəsi vardır. Biz sizi viza və iş icazələrinin alınması, xərclərin və əmək haqqı ödənişlərin strukturizasiyası ilə yanaşı hərtərəfli hüquq və vergi məsləhəti ilə təmin edə bilərik.

Əməliyyat xidmətləri

  • Dövlət vergi bəyannamələri üçün vergi qaydalarına əməletmə yoxlaması
  • Maliyyə hesabatlarının hazırlanmasına köməklik
  • Korporativ birləşmə və qoşulma əməliyyatlarının təşkili
  • Azərbaycan qanunvericiliyində verilən xüsusi mexanizmlərin tətbiqi (məsələn, daşınmaz əmlak üzrə investisiya şirkətləri və sair.)
  • Vergi auditləri zamanı və vergi orqanları ilə məhkəmə proseslərində dəstək.

Digər xidmətlər

            İnşaat səhifəsinə qayıt