Press-relizlər
BMD və Davamlı İnkişaf: Dəyişən mühitdə onların vəzifələrinin formalaşdırılması
Deloitte-in yeni rəsmi sənədində BMD və baş rəhbərlik üçün təfərrüatlar nəzərdə tutulur
İnvestorların, tənzimləyici orqanların, aktivistlərin və mətbuatın diqqətini daha cəlb edən davamlı inkişaf məsələlərinə müəssisələr əhəmiyyət verməyə bilmirlər.
Deloitte tərəfindən aparılan son sorğu müəyyən etmişdir ki, baş rəhbərliyin bir çox üzvləri, xüsusilə maliyyə direktorları məsələni daha yaxşı başa düşür. Davamlı inkişaf ilə bağlı maarifləndirmə, planlaşdırma və tədbirlər fəaliyyəti həyata keçirilməkdədir.
Deloitte-in BMD və Davamlı İnkişaf: Dəyişən mühitdə maliyyə direktorlarının vəzifələrinin formalaşdırılması adlı yeni rəsmi sənədi müəssisəyə ətraf mühitin qorunması, sağlamlıq, təhlükəsizlik və sosial təsirlər ilə bağlı çoxlu sayda tendensiyaları üzə çıxarır:
• Baş Maliyyə Direktorları davamlı inkişaf strategiyasının müəyyən və icra edilməsinə daha yaxından cəlb olunmaqdadırlar.
• M&A, kapitalın bölüşdürülməsi və kapitalın cəlb olunması sahəsində davamlı inkişafın başlıca maliyyə qərarlarına təsiri artmışdır.
• Enerjidən səmərəli istifadə və kömür qaydalarına əməletmə problemli sahə olmağa davam edir.
Deloitte-in ən son sorğularının təqdim olunduğu, nəticələrin əvvəlki illərin oxşar sorğuları ilə müqayisəli nəzərdən keçirildiyi, eləcə də potensial fəaliyyət tədbirləri ilə bağlı Deloitte-in təhlil və təkliflərini nəzərdə tutan bu sənəddə bir çox əlavə mühüm məlumatlar yer almışdır.
Bundan əlavə, bu sənəd həmkarların və rəqiblərin davamlı inkişafla bağlı fəaliyyəti üçün imkanlar yaradaraq maliyyə direktorlarının öz vəzifələri barədə biliklərini artırmağa kömək edir.
BMD və Davamlı İnkişaf: Dəyişən mühitdə maliyyə direktorlarının vəzifələrinin formalaşdırılması adlı sənədin pdf versiyasını əldə etmək üçün buraya daxil olun.
Mövzu və müəssisənizin bu məsələ ilə bağlı faydalana biləcəyi həll yolları haqqında daha ətraflı biliklər əldə etmək üçün buraya daxil olun.
Risk səhifəsinə qayıt