Təfərrüatlar

Direktorlardan Həyəcan siqnalı 2014

Daha güclü nəzarət, daha dərin anlayış: Böyük dəyişikliklər dövründə İdarə Heyətinin strategiyaları

Qlobal Korporativ İdarəetmə Mərkəzinin dərc etdiyi "Direktorlardan Həyəcan siqnalı" adlı illik hesabatın beşinci buraxılışında 2014-cü ildə şirkətlərin və direktorlar şurasının üzləşə biləcəyi əsas çətinliklər nəzərdən keçirilir, innovasiya, informasiya texnologiyaları, fəaliyyətin effektivliyi, strategiya, liderlik, qanunvericilik və çoxprofillilik kimi idarəetməyə dair mövzular diqqət mərkəzində saxlanılır. Hər bir məqaləyə direktorlar şurasını öz departamentləri ilə bağlı problemləri və əlavə resursları müəyyən etmək üçün maraqlandıra biləcək suallar, eləcə də Deloitte-in mövzu üzrə qlobal ekspertlərindən əldə olunmuş məlumatlar daxildir.

Müəssisələr üçün problemli məsələ böyük dəyişikliklərin nə vaxt yarandığını müəyyən etmək, belə hal baş verdikdə dərhal və qətiyyətli tədbir görməkdir.

Hesabatda direktorlar şurasının 2014-cü ildə üzləşə biləcəkləri 10 əsas çətinliyin icmalı təqdim olunmuşdur:

1.İnnovasiya: Yeniliklərin tətbiqi sahəsində müəssisəniz nə dərəcədə innovativdir?

2.İnformasiya texnologiyaları: Müəssisənizin kiber cinayətə məruzqalma riski vardırmı?

3.Fəaliyyətin effektivliyi: Bu, sadəcə daha artıq göstəricilərə nail olmaqdır.

4.Strategiya: Strategiyanı müəyyən edərkən dəyişkənlik yalnız iqtisadi xarakterli olmur.

5.İnkişaf strategiyaları: Müəssisəniz inkişafa uyğunlaşdırılıb?

6.Liderlik: Gələcək liderlərin inkişafı

7.Qanunverilik: Dəyişiklərin davamlı izlənməsi

8.İnteqrasiya olunmuş hesabat sistemi: Öz tarixçənizi danışırsınız?

9.Vergiqoyma: Vergi brendinizin nüfuzuna təhlükə yarada bilərmi?

10.İdarə heyətinin tərkibi: İdarə heyətinin fəaliyyət effektivliyini artırmaq üçün müxtəlif tərkibin və biliklərin tənzimlənməsi

Direktorlardan Həyəcan siqnalı 2014

Hesabat Deloitte-in dünyanın müxtəlif yerlərində - Asiya-Sakit okean regionunda, Avropada, Cənubi Afrikada və Amerikada yerləşən üzv şirkətlərinin (“Deloitte”) mütəxəssislərindən əldə olunmuş mühüm məlumatları əks etdirir. Bu mütəxəssislər bugünkü biznes mühitində idarə heyəti üçün birinci səviyyəli prioritetlərə yerli və beynəlxalq yanaşmaları tətbiq etmişlər.

Back to Risk

Did you find this useful?