Təfərrüatlar

Riskləri idarə etmək və əmin addımlamaq üçün 10 vacib sual

Dəyərlərə zərər verən riskin əmələ gəlməsindən, sənaye dinamikasında baş verən dəyişiklikdən və ya brend üçün təhlükə doğurmasından asılı olmayaraq qeyri-müəyyənlik bir çox formalarda, ölçülərdə və nəticələrlə müşayiət olunur. Qeyri-müəyyənlikləri və riskləri sadəcə müvafiq standartlara əməl etməklə deyil, onları daha dərin analiz edən rəhbərlər, onları daha tez müəyyən edir, imkanlardan daha səmərəli faydalanır və daha əmin addımlayır. Nəticələr naməlum olsa da, bazar tendensiyasına qarşı zidd fikirlərin tətbiq edilməsindən başlayaraq strateji ssenarilərin oyun interfeysində tətbiq edilməsinədək risklərə qarşı bir sıra hazırlıq tədbirləri mövcuddur.

Sadalanan məsələlərin təhlili sizə gözlənilməz hadisələri əvvəlcədən gözləməyə kömək edəcək:

·       Strategiyamda irəli sürülmüş mühakimələr üçün təhlükə doğuran faktorlar hanslardır?

·       Risklərin idarə olunmasına cəlb edilmiş həmkarlarım risk dərəcəsi yüksək qərarları qəbul etməyim üçün məndə əminlik yaradırmı?

·       Qeyri-müəyyən vəziyyətdə rəhbərlərimin təcrübəsinə müraciət edə bilirəmmi?

Əmin addımlamaq və rəqabətdən kənar qalmaq üçün daha hansı suallar verilə bilər? 

PDF yükləyin

Riskləri idarə etmək. Davamlılığı artırmaq.

Qeyri-müəyyən və mürəkkəb dünyada, təşkilatın heç nələrisə dəyişməməsi ən böyük riskdir. Deloitte sizə yalnız hər hansı addımların atılması ilə bağlı risklərə dair deyil, həmçinin ümumiyyətcə  addımların atılmaması ilə bağlı risklərə dair əhəmiyyətli  strateji qərarları qiymətləndirməkdə kömək edə bilər. Fəaliyyətinizdə eyni yanaşma ilə davam etməyinizin qazancınıza, məhsulunuzun bazarda tanıtımına, markanıza və rəqabət qabiliyyətinizə təsirinə nəzər salın. Bu fikri yeni məhsul üçün təklifin qiymətləndirilməsi, satın alma və yaxud pozuntu hallarının aradan qaldırılması kimi bütün böyük qərarların alınmasında əsas rəhbər tutduğunuzda müəssisəniz risklərin fəaliyyət nəticələrinə müsbət təsir etdiyi bir mühitə transformasiya etdiyinin şahidi olacaqsınız.   

Did you find this useful?