Perspektivlər
Dəyər üzərində köklənək: Həddindən artıq əmin olmayaq və risklərə bir daha nəzər salaq.
Müəssisələrin baş icraçı direktorları, maliyyə direktorları və digər rəhbər şəxsləri arasında aparılmış sorğuda, risk faktoru dəyər artıran amillərdən biri kimi təhlil edilmişdir. Aparılmış sorğuda şirkət rəhbərlərinin mümkün risklərə qarşı hazırlıq səviyyələrindən həddindən artıq əmin olduğu xüsusi diqqət çəkir.
“Forbes İnsight” strateji araşdırmalar portalının Qlobal Deloitte şəbəkəsi adından keçirmiş olduğu son sorğu nəticəsində məlum olmuşdur ki, şirkət rəhbərləri şirkətlərində risklərin idarə edilməsi ilə bağlı imkanların və keçirilən tədbirlərin lazımi səviyyədə olmasından həddindən artıq əmindir. Lakin məsələyə daha dərindən nəzər salan zaman, şirkətlərdə risk strategiyalarının və risklərin cavablandırılması ilə bağlı fəaliyyət planlarının hazırlanması zərurəti, və müvafiq imkanlar ortaya çıxmışdır.
Mətn ilə tanış olun
“Dəyər üzərində köklənək: Həddindən artıq əmin olmayaq və risklərə bir daha nəzər salaq” adlı hesabatında, Deloitte Qlobal, şirkətlərin departament direktorları, müdirləri və digər rəhbər vəzifələrini tutan şəxslərin risk haqqında təsəvvürü, onların risklə bağlı prioritetləri, həmçinin öndə gedən şirkətlərdə risklərə yanaşma konsepsiyasının necə formalaşmasını təhlil etmişdir.
Hesabat növbəti məsələlərə toxunmuşdur:
• Dəyər və risk arasında daha sıx inteqrasiya
• Risklərin idarə olunması üzrə məsul şəxsin vəzifə və öhdəliklərinin müəyyən olunması və optimallaşdırılması
• Ehtimal edilən (Strateji) risklərin və imkanların (həmçinin pozulmuş biznes proseslərinin) nəzərdən keçirilməsi
• Risklərin cavablandırılması funksiyasının formalaşdırılması- dəyəri artırmaq və qorumaq məqsədilə risklərin idarə olunması istiqamətində atılacaq başlıca addımlar
Bir çox təşkilatlar risklərin idarə olunması proqramlarına xüsusi diqqət yetirsə də, bəzilərinin bu istiqamətdə əsas hədəflərə nail olmadığı aydın görünür. Gələcək fəaliyyətlərində uğur qazanmaq üçün şirkətlər risk strategiyasını düzgün quraraq gəlir səviyyəsini artırmalı və risklərin idarə olunması funksiyalarının icrası üçün tam ştat əsasında strateji təfəkkür və bacarıqlara malik məsul şəxs təyin etməlidir.
Sorğu haqqında məlumat
Şirkətlərin risk və mənfəəti nə dərəcədə tənzimləyə bildikləri haqda daha aydın təsəvvür yaratmaq üçün Forbes İnsight jurnalı Deloitte Touche Tohmatsu adından aparıcı sənaye sahələrini və coğrafi regionlardan (risklərin idarə olunması üzrə məsul şəxslər xaric) 300 aparıcı rəhbər arasında sorğu keçirmişdir. Sorğu 2016-cı ilin 4-cü rübündə, illik gəliri 1 milyard ABŞ dollarından yuxarı şirkətlər arasında keçirilmişdir. Sorğuda iştirak edən şirkətlərin 23 faizinin gəliri 20 milyarddan yuxarıdır.