Təfərrüatlar

Bizim dayanıqlı ofisimiz

Bakı Ağ Şəhər Ofis Binası ətraf mühitin qorunması siyasətini həyata keçirərək 2014-cü ildə BREEAM sertifikatı ilə təltif edilmişdir və bu qurum tərəfindən Azərbaycanda ekoloji sertifikatlaşdırılmış ilk binadır.

BREEAM sertifikatı binaya aşağıdakı davamlılıq amillərinə görə təltif edilmişdir:

-  Bina, sakinlərinə rahat mühiti təmin etmək üçün yüksək səmərəli şəkildə layihələndirilmişdir – ofis sahələrinin 100 %-nin gün işığına, ilboyu təmiz havaya və şəhərə açılan mənzərəsi var.

-  Enerji səmərəliliyi qabaqcıl memarlıq dizaynı (binanın yerləşməsi və forması), təbii hava çıxarış sistemləri, səmərəli yüksək işıqlandırma və avtomatlaşdırılmış nəzarət sistemi  vasitəsilə əldə edilir. Binanın bütün mühəndis qurğu və avadanlıqları “Binanı İdarəetmə Sistemi” (BMS) tərəfindən idarə olunur.

-  Alternativ nəqliyyat vasitələrinə xüsusi velosiped parkinqi və elektrik cərəyan doldurma nöqtələri vasitələrilə təkan verilir. Həmçinin nəqliyyata xüsusi yanaşma nəticəsində layihə çərçivəsində hərəkətetmə planı hazırlanmışdır.

-  Suya qənaət məqsədilə, effektiv kanalizasiya sistemi, damcılı suvarma və sızmanın aşkarlanması sistemindən istifadə edilir.

-  Digər eyni iqlimli regionların florası ilə zəngin landşaft bioloji müxtəlifliyi təmin edir. Binanı əhatə edən 1.4 Ha yaşıllıq ərazisi, Biznes mərkəzinin ekosistem sahəsini zənginləşdirərək, ona estetik cazibə görünüşünü əlavə edir.

Did you find this useful?