Təhlil

İdarə heyətində qadınlar

Qlobal perspektiv

Son zamanların qanunvericilik səyləri və digər təşəbbüslər qadınların idarə heyətində iştirakını yüksək səviyyəyə çatdırmağa imkan yaratdı. Buna baxmayaraq, dünya üzrə idarə heyəti üzvlərinin təxminən 90%-i kişilərdir. Deloitte-in Qlobal Korporativ İdarəetmə Mərkəzinin dərc etdiyi “İdarə heyətində qadınlar: Qlobal perspektiv” jurnalının üçüncü nəşri 25 ölkəni və 6 qitəni əhatə edən, müxtəliftərkibli və inkluziv idarə heyətinin təşkili üçün səviyyələrin balanslaşdırılmasına yönəlmiş təşəbbüsləri diqqətə çatdırır.

Təşkilatlar idarə heyətində gender müxtəlifliyi ilə bağlı müzakirələrdə səhmdarların iştirakının artmasından müsbət nəticələr əldə edə bilərlər.

“Müxtəliflik məsələlərinin, xüsusilə gender müxtəlifliyinin biznes mühitlərində tez-tez müzakirə edilməsi yaxşı haldır. Bununla belə, iclas zalında gender müxtəlifliyi barədə az sayda səhmdar təklifinə və səhmdarların birbaşa müzakirəsinə rast gəlmək mümkündür. Bu isə aşkar şəkildə bir çox birtərəfli müzakirələrə gətirib çıxarır və şirkətlərin sahibkarlarının gender müxtəlifliyi məsələsinə prioritet kimi yanaşmamaları ilə nəticələnə bilər. Qadınların şirkətin rəhbərliyindəki rolunun artması ilə bağlı müzakirələr rəhbərliyin, direktorlar şurasının, biznes assosiasiyalarının, siyasət tərtibatçılarının, hökumət orqanlarının və səhmdar cəmiyyətinin iştirakı olduğu halda daha da ciddiləşəcək.”

 

- Dan Konigsburg, İdarəedici Direktor, DTTL Qlobal Korporativ İdarəetmə Mərkəzi 

Tədqiqat zamanı 25 ölkədə dünya üzrə idarə heyətində qadınların sayının artmasına yönəlmiş stimullar araşdırılmışdır. Araşdırma idarə heyətlərinin müxtəliftərkibli olmasını dəstəkləyən, eləcə də müxtəliflik siyasətləri, hədəflərin müəyyən edilməsi və kvotaların tətbiqi barədə daha çox açıqlama tələb edən müxtəlif yanaşmaları diqqətə çatdırır. Hesabatda idarə heyətinin üzvlüyündə qadınların sayının artmasının effektiv üsulları ilə bağlı ölkələr arasında böyük uyğunsuzluğun olduğu müəyyən edilir.

Profilləşmiş ölkələr

Avstriya, Belçika, Danimarka, Fransa, Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Birləşmiş Krallıq, Avstraliya, Çin, Honq-Konq, Hindistan, Malayziya, Yeni Zelandiya, Sinqapur, Braziliya, Kanada, Birləşmiş Ştatlar, İsrail, Cənubi Afrika.

İdarə heyətində qadınlar: Qlobal perspektiv

 Risk səhifəsinə qayıt

Did you find this useful?