Corporate social responsibility services

Xidmətlər

Korporativ sosial məsuliyyət üzrə xidmətlər

İcmal

Beynəlxalq tədqiqatlar göstərir ki, korporativ sosial məsuliyyətin (KSM) aspektləri şirkətin dəyəri üzrə çox mühüm və qeyri-maliyyə təsirinə malikdir. Gələcək investorlar, yerli cəmiyyətlər, müştərilər, mətbuat, təchizatçılar, biznes tərəfdaşları və işçilər daxil olmaqla Şirkətin bütün maraqlı tərəfləri onun bu məsələ ilə bağlı səylərinə bərabər səviyyədə maraq göstərirlər. Məsləhətçilərdən və auditorlardan ibarət heyətimiz KSM-in əsas sahələri və digər əlaqədar sahələr üzrə bilik və bacarıqları bir araya gətirir. Təcrübəçilərimiz ölkənin qanunvericiliyi, sənaye təcrübəsi, maraqlı tərəflərin tələbləri üzrə yerli biliklərə və təcrübəyə malikdirlər, eləcə də müntəzəm olaraq beynəlxalq müştərilərə xidmət göstərən qruplarda iştirak edirlər.

KSM hesabatlarında müxtəlif məsələlər və şirkətin fəaliyyət nəticələri təsvir olunur, xüsusilə:

Sosial proqramlar və sosial sahəyə investisiya 

•Aktivlərin idarə olunması

•İş yerində sağlamlıq və təhlükəsizlik

•Ətraf mühitin mühafizəsi

•İnkişaf / kadr hazırlığı

•İnsan hüquqları

KSM hesabatları

Xidmətlərimiz

  • Gözləntiləri müəyyən etmək məqsədilə Avropa təcrübəsi əsasında beynəlxalq sistemlərə (GRI, BMT Qlobal Sazişi və s.) və metodlara dair məsləhətlərin təmin olunması
  • Korporativ məsələlər və risklərin müəyyən olunması
  • Çirklənmiş torpaq və binalarla bağlı öhdəliklərin qiymətləndirilməsi
  • Aktivlərin dəyərini və əməliyyat prosesi çərçivəsində vaxt miqyasını qorumaq üçün ekoloji yoxlama prosesinin idarə edilməsi
  • Müvafiq idarəetmə strukturları daxil olmaqla, problem və risklərin idarə edilməsi strategiyasının hazırlanması

Ətraf mühit və Korporativ sosial məsuliyyət üzrə riskin qiymətləndirilməsi və strateji inkişaf

  • Siyasətlərin və Korporativ səviyyədə təlimatların hazırlanmasına dəstək
  • Ekoloji və KSM idarəetmə proqramlarının hazırlanması
  • Fəaliyyət göstəricilərinin müəyyən edilməsi
  • İnformasiya və məlumat toplama üzrə yanaşmaların planlaşdırılması
  • İşçilərin təlimi və maarifləndirilməsinə dəstək

Strategiyanın tətbiqi

  • KSM hesabatlarının hazırlanması
  • Korporativ kommunikasiya strategiyasının hazırlanması üzrə məsləhət, o cümlədən maraqlı tərəfin müəyyən olunması və məsləhətləşmə
  • Məlumat və informasiya toplama, eləcə də ətraf mühit və KSM üzrə kommunikasiya vasitələrinin layihəsinin hazırlanması

Hesabat sistemi və kommunikasiya vasitələri

 
  • Şirkətin davamlı fəaliyyəti haqqında hesabatların mötəbərliyinin müstəqil şəkildə yoxlanması

Məlumatın mötəbərliyinin yoxlanması

 Risk səhifəsinə qayıt