Xidmətlər

Risklərin idarə edilməsi ilə bağlı xidmətlər

Deloitte Azərbaycanın təklif etdiyi Risklərin idarə edilməsi xidmətləri risklərin təhlili və ölçülməsi, risk hesabatı, risk məlumatlarının idarə edilməsi üzrə həlləri və qaydaları əhatə edir və xidmətlərin məqsədi müəssisəyə təsir göstərən xüsusi risklərlə (idarəetmə, strategiya və planlaşdırma, əməliyyatlar/infrastruktur, əməletmə və hesabat) bağlı infrastrukturu (proseslər, məlumatlar və texnologiyalar) planlaşdırmaqda, tətbiq etməkdə və təkmilləşdirməkdə şirkətlərə dəstək göstərməkdir. Buraya davamlı monitorinqə imkan yaratmaq üçün məlumatların təhlili, məlumat idarəçiliyi imkanlarının genişləndirilməsi və ƏFG-lərin inkişaf etdirilməsi metodları daxildir.

Biz riskə meyllilik və xidmətlərdən istifadənin monitorinqi üzrə imkanların tətbiqi və tələb olunan müvafiq risk idarəçiliyi strukturlarının müəyyənləşdirilməsi ilə bağlı müəssisələrlə əməkdaşlıq edirik. Deloitte Azərbaycanın mütəxəssisləri risk idarəçiliyi üzrə strateji yanaşmanın işlənib hazırlanmasına dəstək göstərir. Eyni zamanda bu yanaşma rəhbərliyin gözləntilərini, eləcə də həm risk idarəçiliyi, həm də qanunvericilik tələblərinə əməletmə üzrə həlləri təmin edir.

Riskin qiymətləndirilməsi, monitorinqi və idarə edilməsi xidmətləri aşağıda qeyd olunan xüsusi risk imkanlarının planlaşdırılmasına, tətbiqinə və təkmilləşdirilməsinə yönəlmişdir: 

• Risk idarəçiliyi və nəzarəti

• Risklərlə bağlı siyasətlər və prosedurlar

• Riskin müəyyən edilməsi və qiymətləndirilməsinə dəstək

• RCSA proqramları

• Riskin təhlili

Riskin qiymətləndirilməsi, monitorinqi və idarə edilməsi

Risk bençmarkinqi və təhlili xidmətləri risklərin idarə edilməsi imkanlarını qanunvericiliyin tələblərinə və sənaye təcrübəsi gözləntilərinə uyğun qiymətləndirməkdə və müqayisəli təhlil etməkdə yardımçı olur.

Risk bençmarkinqi və təhlili

Risklərin İdarə edilməsi prosesləri və sistemləri üzrə xidmətlərə risk idarəçiliyi prosesinin effektivliyi və effektivlik mülahizələri ilə bağlı qiymətləndirmədə müştərilərə köməyin göstərilməsi daxildir.

Riskin idarə edilməsi prosesləri və sistemləri

Risk hesabatı və monitorinqi xidməti əsasən idarəetmə və qanunvericilik ilə bağlı risk hesabatları üzrə sənədləşdirilmiş və ardıcıl hesabat prosesinin qurulması üçün müştərilərə göstərilən dəstəkdən ibarətdir.

Risk hesabatı və monitorinqi

Risklərin idarə edilməsi prosesinin tətbiqi və təlimi xidmətləri bu prosesdə iştirak edən menecerlər və işçilər üçün müxtəlif vəzifələrə əsaslanan, risklərə yönəlmiş təlimlərin təşkilindən və həyata keçirilməsindən ibarətdir.

Risklərin idarə edilməsi prosesinin tətbiqi və təlimi

Yaranan risklərlə bağlı idarə heyətinin tədbirləri

Risk komitələri qlobal aspektdə

İdarə heyətləri mürəkkəb şəraitdə risklərə nəzarət öhdəliklərini yerinə yetirmək üçün çox çalışırlar. Bir çox sənayelərdə qaydalar sürətlə dəyişir və ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir. İnvestorlar, analitiklər və ictimaiyyət kreditorlar, tərəfdaşlar və digər maraqlı tərəflər kimi, risk və risklərin idarə edilməsi ilə bağlı daha çox şəffaflığın olmasını tələb edirlər. Bir çox şirkətlərin idarə heyətini yalnız tənzimləyicilərin tələbləri deyil, risk nəzarəti üzrə hansı yanaşmaların daha effektiv olduğu maraqlandırır.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Korporativ jurnal

Daim dinamik və qeyri-müəyyən bir mühitdə risklərin proqnozlaşdırılması və idarə edilməsi tələbləri barədə maarifləndirmə vasitəsilə idarə heyətləri, audit, risk və nəzarət komitələri, eləcə də baş icraçılar məruz qaldıqları və ya qala biləcəkləri faktiki və ya potensial risklərin geniş miqyasına dair daha çox məlumat əldə etməyə çalışırlar. Bu səbəbdən Deloitte Lüksemburq özünün korporativ jurnalının üçüncü buraxılışını idarəetmə, risk idarəçiliyi, qanunvericiliyə əməletmə və daxili audit məsələləri ilə məşğul olan mütəxəssislərə həsr etmişdir.

Korporativ jurnal – Buraxılış 3

Korporativ idarəetmə üzrə bölgü

Şirkətlərin daha böyük saxtakarlıq və korrupsiya risklərinə məruz qalması

Daxili auditorlar saxtakarlıq, korrupsiya və digər korporativ qanun pozuntusu hallarının azaldılmasında əhəmiyyətli rola malikdirlər. Bununla belə, üzvlərin sorğu edilməsi ilə toplanmış, Daxili Auditorlar İnstitutundan əldə edilmiş məlumatların Deloitte tərəfindən yeni təhlilinə əsasən dünyanın ictimai şirkətlərində daxili audit departamentlərinin 62 faizi və ya daha artıq hissəsi bu İnstitutun Peşəkar Daxili Audit Təcrübəsi üzrə Beynəlxalq Standartlarına əməl etmir. Eyni vəziyyətə özəl şirkətlərdə, hökumət və qeyri-kommersiya müəssisələrində də rast gəlinir

Bu məqaləni yükləməklə DAİ-nin standartları, qanun pozuntularına dair Deloitte-in təhlili, eləcə də Daxili Audit departamentlərinin müəssisədəki dəyərlərin qorunmasına və yaradılmasına kömək edə biləcək şəkildə inkişafına dair məlumat əldə edə bilərsiniz.

Contacts

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox

Back to Risk