management consulting,consulting,consulting firm

Xidmətlər

Konsaltinq

Təşkilatlara yenilik gətirməyə, kökündən dəyişməyə və idarə etməyə kömək edirik

Dünyanın ən iri idarəetmə konsaltinq biznesi olan Deloitte öz müştərilərinə strategiyadan tutmuş tətbiqetməyədək ən çətin problemləri həll etməkdə həmişə fərqlənir. Biz müştərilərimizə bu gün fəaliyyət göstərdikləri və gələcəkdə olmaq istədikləri bazarlarda kömək etmək üçün verdiyimiz məsləhətləri icra etmə bacarığımız ilə fərqlənirik. Belə bir dəyəri çatdırmaq müştərilərimizin sənaye sektorları, müəssisə və təşkilatlarının nadir ehtiyaclarını dəstəkləyən insan kapitalı, strategiya, əməliyyatlar və texnologiya üzrə istedad və bacarıqları birləşdirə bilməyi tələb edir.

İnsan Kapitalı

Bu günün biznes çətinlikləri yeni dalğa İR, insan qaynaqları və təşkilatın prioritetlərindən ibarətdir. Deloitte-un İnsan Kapitalı xidmətləri araşdırma, analitika və sənaye sahəsi üzrə çalışaraq, ciddi proqramları idarə etməyə kömək edir.  

Strategiya və Əməliyyatlar

Bizim Qlobal Strategiya və Əməliyyatlar üzrə mütəxəssislərimiz Deloitte-un göstərdiyi bütün peşəkar xidmətlər qrupunun gücünə və bügünkü biznesə təsir edən real məsələlərin həlli üzərində qurulmiş sənaye sahəsi təcrübəsinə əsaslanır. 

Texnologiya

Bu gün biznes və innovativ texnologiyalar bir-biri ilə ayrılmaz şəkildə əlaqəlidir və texnologiya əsaslı biznes transformasiyası xidmətləri ilə bağlı tələblər sürətlə artmaqdadır. Deloitte-un dünya üzrə texnologiya sahəsindəki mütəxəssisləri informasiya və texnologiya ilə bağlı ən vacib məsələlərin müəyyən və həll edilməsində müştərilərə dəstək göstərir. 

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox