“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”

Təfərrüatlar

Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanun imzalayıb. Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2016-cı il üçün yaşayış minimumu

  • ölkə üzrə 136 manat
  • əmək qabiliyyətli əhali üçün 146 manat
  • pensiyaçılar üçün 115 manat
  • uşaqlar üçün 117 manat məbləğində müəyyən edilsin.

 

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

Vergilər Nazirliyinin strukturunda dəyişikliklər

3 iyun, 2015-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər kabineti "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası"nın təsdiq edilməsi haqqında qərarı təsdiq edib. 

 

HƏDLƏRİ VƏ QAYDASI

1. Ümumi müddəa

1.1 Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası (bundan sonra - Qaydalar) "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədlərini və qaydalarını müəyyən edir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

2.1.1. hüquqi şəxs - Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş fiziki şəxs olmayan hər hansı şəxs;

2.1.2. maliyyə institutu - bank, depozitar və həyatın yığım sığortası fəaliyyətlərindən birini həyata keçirən hüquqi şəxs, habelə investisiya təşkilatı;

2.1.3. depozitar - fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslərin xeyrinə maliyyə aktivlərinin saxlanılması fəaliyyəti təşkil edən hüquqi şəxs. Depozitarın aşağıdakı müddətlərdən daha az olan müddətdə digər şəxslərin xeyrinə maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:

2.1.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;

2.1.3.2. depozitarın fəaliyyət müddəti;

2.1.4. investisiya təşkilatı - müştəri üçün və ya onun adından aşağıdakı fəaliyyət və ya əməliyyatlardan birini və ya bir neçəsini sahibkarlıq fəaliyyəti kimi həyata keçirən (və ya belə fəaliyyətlə məşğul olan təşkilat tərəfindən idarə olunan) təşkilat:

2.1.4.1. pul bazarı alətlərinin (çeklər, veksellər, depozit sertifikatları, törəmə qiymətli kağızlar və s.) ticarəti, xarici valyuta mübadiləsi, məzənnə, faiz dərəcəsi və indeks alətlərinin ticarəti, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin ticarəti;

2.1.4.2. fərdi və kollektiv portfellərin idarə olunması;

2.1.4.3. digər şəxslərin kapital və ya pul vəsaitlərinin investisiya edilməsi və idarə olunması;

2.1.5. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu - Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, həmin xarici dövlətlərin müvafiq səlahiyyətli orqanlarına təqdim edilməsi nəzərdə tutulmuş məlumatları təqdim etmək öhdəliyi daşıyan maliyyə institutu;

2.1.6. nəzarət edən şəxs - hüquqi şəxs üzərində nəzarəti və ya idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində əhəmiyyətli təsirə malik olan fiziki şəxs. Nəzarət edən şəxs anlayışı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun qaydada təfsir edilməlidir;

2.1.7. nağd pul dəyəri - müvafiq tarixə aşağıdakı məbləğlərin daha böyük olanıdır:

2.1.7.1. həyatın yığım sığortası müqaviləsi üzrə qaytarılan məbləğ;

2.1.7.2. sığortalının həyatın yığım sığortası müqaviləsi üzrə borc almaq hüququ olan məbləğ;

2.1.8. bank hesabı - kommersiya hesabı, cari hesab, əmanət hesabı, müddətli depozit hesabı və ya depozit sertifikatı, əmanət sertifikatı, investisiya sertifikatı, borc sertifikatı və ya maliyyə institutları tərəfindən bank işi və ya analoji fəaliyyətin normal gedişində aparılan digər analoji alətlə təsdiq olunan hesab. Bank hesablarına, həmçinin zəmanətli investisiya müqaviləsinə və ya kredit faizlərinin ödənilməsini nəzərdə tutan digər müqaviləyə əsasən sığortaçılar tərəfindən saxlanılan məbləğlər də aiddir;

2.1.9. depozitar hesabı - investisiya məqsədi ilə əldə olunmuş maliyyə alətlərinin və ya müqavilələrin (o cümlədən, bunlarla məhdudlaşmamaqla, şirkətdəki səhm və ya paylar, notlar, istiqrazlar, təminatsız borc öhdəlikləri və ya digər borc alətləri, valyuta və ya əmtəə əməliyyatları, kredit defolt svopları, qeyri-maliyyə indeksinə əsaslanan svoplar, şərti əsas məbləğ müqavilələri, sığorta və ya annuitet müqavilələri, opsiyonlar və ya digər törəmə alətlər) digər şəxslərin xeyrinə saxlanıldığı hesab (həyatın yığım sığortası müqaviləsi üzrə hesablar istisna olmaqla);

2.1.10. beynəlxalq müqavilələr çərçivəsində mübadilə edilən məlumatlar üzrə elektron hesabat (bundan sonra - e-hesabat) - xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə hədləri bu Qaydalarla müəyyənləşdirilmiş məlumatların Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən elektron-rəqəmsal formada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (bundan sonra - Vergilər Nazirliyi) təqdim edildiyi sənəd;

2.1.11. paketləmə - e-hesabat fayllarından vahid arxiv faylının hazırlanması;

2.1.12. maliyyə institutlarında vergi monitorinqi portalı - www.tmfi.gov.az veb səhifəsi;

2.1.13. e-hesabat tərtibatı proqramı - e-hesabatların tərtibi və paketlənməsi üçün istifadə olunan proqram təminatı;

2.1.14. e-hesabat faylı - e-hesabatın tərtibi üçün zəruri olan məlumatların daxil edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən hazırlanmış XML formatlı elektron sənəd;

2.1.15. gücləndirilmiş elektron imza əməliyyatını icra etmək üçün proqram təminatı - oflayn rejimdə hazırlanaraq paketlənmiş e-hesabatın gücləndirilmiş elektron imza ilə imzalanması üçün istifadə olunan proqram təminatı.

2.2. E-hesabatı oflayn rejimdə hazırlamaq üçün e-hesabat tərtibatı proqramı, gücləndirilmiş elektron imza əməliyyatını icra etmək üçün proqram təminatı və e-hesabat faylı Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən öz kompyuterinə maliyyə institutlarında vergi monitorinqi portalının müvafiq bölməsindən yüklənilməlidir.

2.3. E-hesabat tərtibatı proqramı oflayn rejimdə istifadə üçün Vergilər Nazirliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının hesabatverən maliyyə institutlarına əvəzsiz (ödənişsiz) verilir.

3. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların həmin dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri

3.1. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar həmin dövlətlərin səlahiyyətli orqanlarına aşağıdakı hədlərdə verilir:

3.1.4. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun adı və beynəlxalq müqaviləyə uyğun olaraq, xarici dövlətin məlumat bazasında maliyyə institutu kimi qeydiyyata alınması tələb olunduğu halda müvafiq identifikasiya nömrəsi;

3.1.5. hesab sahibinin Azərbaycan Respublikasının hesabatverən maliyyə institutundakı hesablarının müvafiq təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonuna və ya əgər hesablar il ərzində bağlanmışdırsa, bilavasitə bağlanmazdan əvvəl cəmi qalığı və ya dəyəri (həyatın yığım sığortası müqaviləsi üzrə nağd pul dəyəri və ya qaytarılan məbləğ);

3.1.6. hər hansı depozitar hesabı üzrə:

3.1.6.1. təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesabda saxlanılan aktivlərlə bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin, dividendlərin və digər gəlirlərin ümumi məbləği;

3.1.6.2. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun hesab sahibi üçün depozitar, broker, nominal saxlayıcı və ya agent kimi çıxış etdiyi aktivin satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirləri;

3.1.7. təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində bank hesabına ödənilmiş və ya hesablanmış faizlərin ümumi məbləği;

3.1.8. bu Qaydaların 3.1.6-cı və 3.1.7-ci yarımbəndlərində göstərilməyən hər hansı hesab üzrə, təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun öhdəlik götürdüyü və ya borclu olduğu hesabla əlaqədar hesab sahibinə ödənilmiş və ya hesablanmış ümumi məbləğ, o cümlədən hesab sahibinə geri qaytarılan ödənişlərin ümumi məbləği.


Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 60.1.4-cü maddəsinə əsasən Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarının tələblərinə düzgün əməl edilməməsinə görə Hesabatverən Maliyyə İnstitutlarına Maliyyə Hesabı üzrə aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi həcmində, bu hesab üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 AZN məbləğində maliyyə sanksiyası tətbiq edilir.

                  Vergi səhifəsinə qayıt

Did you find this useful?