Xəbərlər

Vergi Məcəlləsinə yeni dəyişikliklər

Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Sosial sığorta haqqında Qanununda dəyişiklik edilməsi haqqında Qanunlar (bundan sonra “Qanunlar”) Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci ildə təsdiq edilmişdir.

Vergi Məcəlləsinə edilən növbəti əsaslı dəyişikliklər seriyası Məcəlləyə Qarabağın bərpasına yönəlmiş vergi azadolmalarını əhatə edən yeni fəslin əlavə edilməsi ilə yanaşı bir çox digər yenilikləri də əhatə edir.

Belə ki, yeniliklərin əhatə dairəsi əsasən kölgə iqtisadiyyatı ilə mübarizəyə qarşı vergi nəzarət mexanizmlərinin gücləndirilməsi, vergi əməletməsi ilə bağlı vergi ödəyiciləri üçün nəzərdə tutulan vəzifələr, vergi inzibatçılığı ilə bağlı tələblərin artırılması, beynəlxalq vergiqoyma ilə bağlı yeni konsepsiyaların tətbiqi, rəqəmsallaşma fonunda texnologiyaların tətbiqinin genişləndirilməsi və eləcədə bir sıra digər dəyişikliklərdən ibarətdir.  

Bu buraxılışımızda sizə yuxarıda sadalanan və həmçinin ayrı-ayrı vergi növləri üzrə nəzərdə tutulan dəyişiklikləri həm birbaşa həm də müqayisəli formada nəzərinizə çatdırmaq istəyirik.

Vergi Məcəlləsinə yeni dəyişikliklər
Did you find this useful?