Vebinarlar

Tədbirlər

Deloitte Akademiya

Vergi və hüqüq mütəxəssisləri üçün vebinarlar

Gələcək tədbirlərimiz və keçmiş vebinarlarımız haqqında daha ətraflı aşağıda tanış ola bilərsiniz

Vebinarları aparan mütəxəssislərimiz ixtisas sahələri üzrə geniş təcrübəyə malik olmaqla yanaşı, rəqabətli biznes mühitində şirkətlərin üzləşdiyi vergi, hüquq və maliyyə məsələlərini yaxşı anlayırlar.

Deloitte Akademiyası: vergi və əmək yoxlamalarını necə uğurla başa vurmalı 31 mart 2015-ci il | Onlayn Seminar

Deloitte Akademiyası Sizi böyük məmnuniyyətlə 31 mart 2015-ci il tarixi saat 15.00-da keçiriləcək növbəti onlayn seminara dəvət edir. Seminar onlayn şəkildə təşkil edilir. İştirak qaydalarına dair ətraflı məlumat qeydiyyatdan sonra təqdim olunacaq. Onlayn seminar aşağıdakı mövzuları əhatə edəcək:

Əmək Yoxlamaları

• Əsas qanunvericilik
• Yoxlamanın növləri və qeydiyyatı
• Yoxlayıcı orqanın hüquq və vəzifələri
• Sahibkarın hüquq və vəzifələri
• Tələb olunan əsas sənədlər
• Müddətlər
• Yoxlama nəticələrinin rəsmiləşdirilməsi və Qərarın qəbul edilməsi
• Qərardan şikayət verilməsi
• Yekun müddəalar

Vergi yoxlamaları

• Əsas qanunvericilik
• Yoxlamanın növləri və qeydiyyatı
• Vergi orqanlarının hüquq və vəzifələri
• Vergi ödəyicilərinin hüquq və vəzifələri
• Tələb olunan əsas sənədlər
• Müddətlər
• Yoxlama nəticələrinin rəsmiləşdirilməsi və Qərarın qəbul edilməsi
• Qərardan şikayət verilməsi
• Yekun müddəalar

Sessiya Deloitte Azərbaycanın Hüquq üzrə Baş Meneceri Vüqar Məmmədov və Vergi üzrə Meneceri Nərmin Aslanova tərəfindən aparılacaqdır.

Tarix: 31 mart 2015-ci il, saat 15:00-17:00

Proqramın həyata keçirilmə üsulu: Qeydiyyatdan sonra Sizə vebinara qoşulmaq üçün texniki qaydalar göndəriləcək.

Dil: Azərbaycan dili

Qeydiyyat haqqı: Ödənişsiz. Qeydiyyat tələb olunur.

30 mart 2015-ci il tarixindən gec olmayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat səhifəsinə keçmək üçün soldakı düyməyə basın:

Hər hansı sualınız olduğu halda azcommunications@deloitte.az elektron poçt ünvanı və ya +994 (012) 404 12 10 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.