Business Process Solutions

Həllər

Biznes prosesləri üzrə həllər

Həm iri həm də kiçik ölçülü müəssisələr ikinci dərəcəli funksiyaların autsorsinqindən əldə olunan üstünlükləri təsdiq edir. Vergi qanunvericiliyinə əməletmə, mühasibat uçotu, əmək haqqı ödənişləri, İR və ya beynəlxalq hesabat üzrə cavabdeh mütəxəssis ilə Siz Səhmdarlar üçün effektivliyin artırılması kimi mühüm əhəmiyyətli məsələlərə diqqət ayıra bilərsiniz.

Qanunvericiliyə əməletmə və hesabat xidmətləri

Biz layihələrimizin effektiv şəkildə təşkilini, iş həcminin müəyyən olunması üçün müfəssəl yanaşmadan istifadəni və cəlb olunan tərəflərin funksiyalarının və öhdəliklərinin dəqiq müəyyən edilməsini təmin etmək üçün beynəlxalq təcrübəmizdən faydalanırıq.

Biznesinizin bazara yeni daxil olmasından və ya çoxfunksional korporasiya olmasından, habelə əməliyyatlarınızın Azərbaycanda və ya onun hüdudlarından kənarda olmasından asılı olmayaraq heyətimiz Sizin axtarışında olduğunuz həllərə sahibdir. Heyətimizin Deloitte-un qlobal mütəxəssislərinə çıxışı vardır ki, bu da bizə fəaliyyət göstərdiyiniz istənilən sektorda Sizi tələb olunan yüksək keyfiyyətli məsləhətlə təmin etmək imkanı verir.

Azərbaycanda Qanunvericiliyə əməletmə və hesabat xidmətləri

      Biznes prosessləri üzrə həllər səhifəsinə qayıt