Global Employer Services

Həllər

Qlobal Məşğulluq xidmətləri

Şirkətinizin yeni coğrafi məkana köçürülməsi çətin hədəfdir və Şirkətinizin baş icraçı rəhbərliyi əməliyyatın əsas istiqamətinə diqqət verməlidir.

Heyətimiz insan resurslarının və əlaqəli sənədlərin, hüquq, vergi və əməletmə məsələlərinin nəzarətdə olmasını təmin etməklə köməklik göstərə bilər. Beynəlxalq bazar çıxmaq istəyən Azərbaycan şirkəti və ya Azərbaycanda nümayəndəlik açmaq istəyən beynəlxalq şirkət olmanızdan asılı olmayaraq bizə xərc baxımından səmərəli, geniş qlobal yerdəyişmə proqramları hazırlamağa köməklik edə bilərik. Bu sizə əsas işçilərinizi saxlamaq eynizamanda mənfəətinizi artırmaq imkanı verəcək.

Beynəlxalq İşçi Təyinatı

  • Müxtəlif yurisdiksiyalarda göstərilən xidmətlərin qlobal koordinasiyası
  • Vergi bəyannamələrinin hazırlanması daxil olmaqla vergiyə əməletmənin təmin edilməsinə köməklik
  • İşçinin təyinatı ilə bağlı yaranan vergi məsələləri üzrə köməklik, məsələn, vergi hesabatı, vergi sertifikatları və ikiqatvergiqoyma

 

Qlobal yerdəyişmə ilə bağlı transformasiya

  • Qlobal yerdəyişmə, mükafatlar, İR və fəaliyyətin idarə edilməsi proqramlarının hazırlanması və transformasiyası
  • Yerli qanunvericilik tələblərini nəzərə almaqla qlobal proqramın transformasiyasına köməklik
  • Baza və ya spesifik sektorlar və rəqiblərlə bağlı mövcud razılaşmaların müqayisəli təhlili

Beynəlxalq Sosial Təminat və pensiyalar 

  • Beynəlxalq korporativ pensiya proqramlarının hazırlanması və tətbiqi
  • Sosial təminat xərclərini azaltmağa kömək edən və effektiv idarəetməni təmin edən ölkə və ya region əsaslı həllərin hazırlanması.
  • Beynəlxalq Sosial Təminat Razılaşmalarının tətbiqi 

 

Beynəlxalq İmmiqrasiya Xidmətləri

  • İşçi münasibətlərinin qurulması, o cümlədən, xaricə təyinat almış yerli və xarici vətəndaşlara bütün sənədləşdirmə ilə bağlı dəstək.
  • İmmiqrasiya tələbləri, o cümlədən xarici vətəndaşlara vizaların və iş icazələrinin alınması ilə bağlı hüquq məsləhəti
  • Məşğulluq məsələləri üzrə yoxlamalar

 

Texnologiya və transformasiya

  • Qlobal izləmə proqramlarını hazırlamaqla uzunmüddətli təyinatların və qısamüddətli biznes səfərləri kimi təyinatların hər bir mərhələsi üzrə keyfiyyətə nəzarəti təmin etmək üçün beynəlxalq təyinat proqramları çərçivəsində texnoloji inteqrasiya
  • Səmərəli ümumi xərclər hesabatını tətbiq etməklə yerdəyişmə proqramları çərçivəsində yaranmış xərclərin şəffaflığını artırmaqda sizə yardımçı olacaq xərclərin proqnozlaşdırılması sisteminin hazırlanması və təkmilləşdirilməsi
  • Vergi və immiqrasiya qanunvericiliyinin yerinə yetirilməsində Sizə yardımçı olan onlayn həllərin tətbiqi

Beynəlxalq Təyinat Xidmətləri

Qanunvericilik və bazarla bağlı fikirlər:

  • Səhmdarlarla məsləhətləşmələrə və investor əlaqələrinin saxlanmasına dəstək
  • Ümumi ödənişlərin müqayisəli təhlili
  • Sizin Mükafatlandırma komitəsinə korporativ idarəetmə və açıqlama layihələri ilə bağlı məsləhətin verilməsi 

 

Aşağıdakı məsələlərin layihələşdirilməsi, hazırlanması və tətbiqi üzrə bütün xidmətlər:

  • Mükafatlandırma strategiyası
  • Qısamüddətli və uzunmüddətli həvəsləndirici proqramlar
  • Fəaliyyətin qiymətləndirilməsi
  • Ödənişlər üzrə riskin azaldılması
  • İcraçı şəxslərin işə alınması və işdən çıxması
  • Dəyişikliyin idarə edilməsi, o cümlədən, işçilərlə davamlı ünsiyyət

İcraçı şəxslərə ödənişlər