Tax management consulting

Xidmətlər

Vergi idarəetməsi üzrə konsaltinq

Biz ən məhşur ERP həllərini istifadə edən və ya tətbiq etmək istəyən şirkətlərin biznes proseslərinə hərtərəfli dəstək göstərə bilərik. (SAP ERP, Oracle E-Business Suite, Microsoft Dynamics, JD Edwards Enterprise One, Hyperion, Scala, 1C).

  • Uyğunluq/çatışmazlıqların təhlili
  • Vergi və mühasibat uçotu metodologiyasının hazırlanması
  • Avtomatlaşdırılmış formalar və hesabatlar üçün tələblərin formalaşdırılması
  • Sistem layihələrinin/planlarının hazırlanması/təsdiqi
  • Sistemin sınaqdan keçirilməsi, test prosedurlarının və istifadəçi təlimatlarının hazırlanması
  • İstifadəçilərin təlimi sessiyaları
  • İstifadəçi dəstəyinin aktivləşdirilməsini uçota almaq

Bizim dəstəyimiz aşağıdakılardan ibarətdir:

Biz proses və sistemlərinizin səmərəli işləməsini təmin etmək üçün nəzərdə tutulmuş bir sıra layihə işlərini həyata keçiririk:

  • 1C və SAP kimi ERP həlləri arasında məlumat interfeyslərinin yaradılması
  • Deloitte-un özəl texnoloji həllərindən istifadə etməklə transfer qiymətqoyma bildirişlərinin hazırlanması və təhlili
  • Maliyyə üzrə ümumi xidmət mərkəzlərinin yaradılmasında vergi məsələsi ilə bağlı köməklik
  • 1C (yerli ERP sistemi) proqramının və keyfiyyətə əminlik xidmətlərinin, o cümlədən MHBS/ABŞ ÜQMUP modullarının tətbiqi və fəaliyyətinin təmin edilməsi
  • Biznes transformasiya layihələrinə vergi üzrə dəstək məsələn, ödəniş sisteminin mərkəzləşdirilməsi və hesabat dövrünün sürətli bağlanması
  • Vergi və mühasibat uçotu funksiyalarının hazırlanması, o cümlədən sənaye sahəsi üzrə ən yaxşı praktikalara əsaslanmaqla vergi və mühasibat uçotu proseslərinin vahid qaydaya və nizama salınması, daxili vergi nəzarətinin təkmilləşdirilməsi.
  • Vergi ehtiyatlarının yaradılmasi texnologiyalarının və proseslərinin tətbiqi
  • Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi
    vergi prosesləri və texnologiyasının birləşmədən sonrakı inteqrasiyası
  • Uyğunluq/çatışmazlıq təhlili, o cümlədən, təklif olunan metodologiyaların optimal tətbiqinə və xüsusi ERP sistemində vergi tələblərinə əməletmənin yoxlanmasına dair məsləhət