Global mobile consumer trends

Təhlil

Mobil istehlakçılara dair qlobal tendensiyalar

Gələcəkdə mobil əlaqəni formalaşdıran beş başlıca tendensiya

Qlobal məlumatlara görə, mobil rabitənin istifadəçilərin gündəlik həyatına təsiri artmağa davam edir. Daşınan qurğuların/cihazların yüksək səviyyədə inkişafı ilə əlaqədar smartfon və planşetlərin insanların həyatına daha çox nüfuz edir. İstehlakçılara dair qlobal tendensiyalar haqqında son hesabat dəyişən istifadəçi vərdişlərini, gündəlik istifadə təfərrüatlarını, eləcə də istehlakçı üstünlüklərini əhatə edir. İstehlakçıların ən çox istifadə etdikləri tətbiqi proqramlar və onların mobil telefonlarının gün ərzində dəfələrlə kim tərəfindən yoxlandığı müəyyən edilir.

Heç bir ölkə mobil ekranların cazibəsinə tab gətirə bilməz

Mobil rabitə istifadəçilərinin sürətlə artan tempini nəzərə alaraq, 6 qitədə və 31 ölkədə müxtəlif nəslin təxminən 50,000 nümayəndəsi arasında sorğu apararaq, satınalma ilə bağlı ən effektiv qərarlara təsir göstərən mobil tendensiyalar barədə məlumat əldə etməyə çalışdıq.


Mobil istehlakçılara dair qlobal tendensiyalar haqqında hesabatın ilk nəşrində müvafiq istifadəçilər barədə tam məlumat, həmçinin, istehlakçı davranışları, tendensiyaları, eləcə də simsiz və mobil məhsul və xidmətlər barədə fikirlər təqdim edilir. İnkişaf etmiş və yeni bazar üzrə nəticələri və əsas təhlil nəticələrinin müəyyən edilməsindən əlavə, sorğuda konkret ölkələr arasında istehlakçıların istifadə davranışları üzrə fərqlər diqqətə çatdırılır.

Gələcəkdə mobil əlaqəni formalaşdıran beş başlıca tendensiya aşağıdakılardır:

1. Mobil istifadə bütün forma və ölçülərdə mövcuddur – Qlobal istehlakçıların təxminən 80 faizi smartfonlara, 10 faizi şəxsi daşınan cihazlara, 50 faizdən artıq hissəsi planşetlərə, 7 faizi isə bunların hamısına sahibdirlər.

2. İstehlakçılar yetərli mobil ekran vaxtı əldə edə bilmir – yeni bazarlarda istehlakçıların 93 faizi, inkişaf etmiş bazarlarda isə 78 faizi səhər yuxudan ayıldıqdan sonra 1 saat və ya daha az vaxt ərzində telefonlarını yoxlayır.

3. Mətn ismarıcları və ani ismarıclar istehlakçılar arasında daha çox istifadə olunur – Qlobal olaraq, istehlakçılar səhər erkəndən ilk olaraq mətn ismarıclarını və ani ismarıcları yoxlayırlar.

4. Payment sistemindən isntensiv şəkildə istifadə olunur – yeni bazar istehlakçılarının 47 faizi inkişaf etmiş bazar istehlakçılarının 20 faizi ilə müqayisədə mağaza daxilində ödənişləri həyata keçirmək üçün mobil telefonlardan daha çox istifadə edirlər.

5. Şəbəkə və Wi-Fi, regional üstünlük – İnkişaf etmiş bazarlarda 4G sürəti Wi-Fi sürətindən daha yüksəkdir. Çinli istifadəçilər işə gediş-gəliş və ticarət mərkəzlərində alış-veriş zamanı 4G sürətinin daha sürətli olduğunu, meksikalı istifadəçilər isə bunun əksini düşünür.
Əldə edilən əsas nəticələrdən biri odur ki, inkişaf etmiş bazarlarda əlaqənin yaxşı səviyyədə olmasına baxmayaraq, yeni bazarlarda mobil cihazların istifadəsi ilə bağlı istehlakçı vərdişləri üzrə daha çox intensivlik müşahidə olunur. Yeni yaranan texnologiyalardan istifadə etmək üçün vərdişləri dəyişmə tendensiyalarına daha çox yer verilir. Şəbəkəyə qoşulmuş istehlakçı üçün reallıq burda qalmaqdan ibarətdir, lakin burda onun hansı formada şəbəkəyə qoşulmasından və hansı cihaz növləri vasitəsilə inkişafı davam etdirməsi də önəmldir.

Did you find this useful?